
“2022–2024-cü illər üzrə 51 və daha yüksək bal toplamış ibtidai sinif müəllimlərinin müqayisəsi əsasında aparılan təhlilə görə, əsas fənləri tədris edən 4662 müəllimdən 2567-nin dərs yükü 3.9 saat artırılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, bundan əlavə, 2022-ci ildə yalnız yığma fənləri tədris edən 51 və daha yüksək bal toplamış 136 müəllim 2024-cü ildə əsas fənləri tədris etməyə başlayıb:
“Eyni zamanda, 42–50 bal aralığında nəticə göstərmiş 6114 ibtidai sinif müəllimindən 3594-nün dərs yükü 6,2 saat artırılıb. Həmçinin, 2022-ci ildə yığma fənləri tədris edən 406 müəllim 2024-cü ildə əsas fənləri tədris etməyə başlayıb”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər