Bütün xəbərlər
17 aprel, 11:25

Məktəb yalnız akademik biliklərin verildiyi yer deyil, eyni zamanda, uşaqların şəxsiyyətlərinin formalaşdığı, həyat bacarıqlarını qazandığı, ilk dostluqlarını qurduğu və cəmiyyətin bir parçası olmağı öyrəndikləri mühüm sosial məkandır. Şagirdlər burada ünsiyyət qurma, fikir bildirmə, qarşılıqlı anlaşma və dinləmə kimi bacarıqları gündəlik təcrübələrlə mənimsəyirlər. Bu bacarıqlar təkcə təhsil həyatında deyil, gələcək ailə və iş münasibətlərində də böyük rol oynayır. Onlar üçün məktəb yalnız dərs deyil, həm də sosiallaşma məkanıdır. 

Məktəbdə sosiallaşma şagirdlərin həm münasibətlərinin qurulması, həm də psixoloji, emosional və davranış bacarıqlarının formalaşması baxımından əhəmiyyət kəsb edir.
Bildiyimiz kimi, dərslər qarşılıqlı fikir mübadiləsi əsasında keçirilir. Bu səbəbdən məktəblərdə şagirdlər üçün elə bir mühit yaradılmalıdır ki, onlar özlərini rahatlıqla ifadə edə bilsinlər. Lakin bəzi uşaqlar ünsiyyət qurmaqda çətinlik çəkirlər. Belə olan halda müəllimlər nə etməlidirlər, şagirdlərinin sosiallaşması üçün onların üzərinə hansı vəzifələr düşür?

“Təhsil işçiləri nümunəvi insan modeli təqdim etmə öhdəliyini daşımalıdırlar”

“Azərbaycan müəllimi” ilə fikirlərini bölüşən sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov vurğulayıb ki, təhsil işçiləri, xüsusilə müəllimlər şagirdlərin düzgün tərbiyəsi və sosiallaşmasında mühüm rol oynayırlar. Ailə və məktəb uşaqların sosiallaşmasında və şəxsiyyət kimi formalaşmasında ilkin sosiallaşma subyekti kimi çıxış edir:

“Əgər ailə ilkin tərbiyə ocağı hesab edilirsə, məktəb də ilkin sosiallaşmanın əsas amili sayıla bilər. Sosiallaşma nəzəriyyələrində tərbiyə, əsasən, məqsədyönlü şəkildə uşaqlara əxlaqi və normativ dəyərlərin aşılanması prosesi kimi izah olunur və bu proses daha çox ailə mühitində baş verir. Sosiallaşma isə daha geniş anlayışdır və uşaqların cəmiyyət həyatına hazırlanmasını, ictimai qayda-qanunların mənimsənilməsini və nəticədə müstəqil şəxsiyyət kimi formalaşmasını əhatə edir. Qeyd etmək lazımdır ki, sosiallaşma prosesi insanın bütün həyatı boyu davam edən, yaşlı və gənc nəsil arasında qarşılıqlı zənginləşmə formasında həyata keçirilən bir prosesdir. Deməli, sosiallaşma yalnız əxlaqi dəyərlərin aşılanması deyil, eyni zamanda, şagirdlərin müasir qlobal cəmiyyətə hazırlanmasıdır. Burada şagirdlərin bilgi, məlumat, dünyagörüşü, tolerantlıq, tənqidi təfəkkür kimi XXI əsr bacarıqlarına yiyələnməsi nəzərdə tutulur”.

A.Qənbərov qeyd edib ki, təhsil işçiləri yalnız şagirdləri zəruri məlumatlarla təmin etməklə kifayətlənməməli, eyni zamanda, nümunəvi insan modeli təqdim etmə öhdəliyini daşımalıdırlar:

“Müəllimlər, psixoloqlar və digər təhsil işçiləri yalnız bilik ötürmək yox, həm də məsuliyyətli, əxlaqlı, dürüst, daim özünü inkişaf etdirən, yeni biliklərə can atan şəxsiyyət nümunəsini öz timsallarında nümayiş etdirməyə çalışmalıdırlar. Ümumiyyətlə, uşaqlar ünsiyyət baxımından fərqli xüsusiyyətlərə malik ola bilərlər. Bəziləri genetik xüsusiyyətlərinə, bəziləri isə ailədən aldıqları tərbiyəyə görə ünsiyyət sahəsində daha zəif və ya daha güclü inkişaf edə bilərlər”.

“Ünsiyyət baxımından geri qalan şagirdlərlə xüsusi işləmək faydalı ola bilər”

Sosioloq qeyd edib ki, müasir dövrdə gənclərin virtual ünsiyyətə – sosial media vasitəsilə əlaqələrə üstünlük verməsi üzbəüz ünsiyyət bacarıqlarını zəiflədə bilər. Buna görə də müasir pedaqoji yanaşmalarda şagirdlərə fərdi yanaşma, onların potensialına uyğun inkişaf etdirici tədbirlər əsas yer tutur. Ünsiyyət baxımından geri qalan şagirdlərlə xüsusi işləmək, problemin psixoloji səbəblərini araşdırmaq faydalı ola bilər. Bu baxımdan sinif müəllimi və məktəb psixoloqun üzərinə böyük məsuliyyət düşür.

Onun sözlərinə görə, təlim-tərbiyə prosesində test tapşırıqlarının və yazılı imtahanların çoxluğu şagirdlərin şifahi ifadə bacarıqlarına mənfi təsir göstərən amillərdəndir:

“Bu səbəbdən şagirdlərin öz fikirlərini rahat ifadə edə bilmələri üçün xüsusi tapşırıqlar, qrup şəklində fəaliyyətlər təşkil edilməli, dərsdənkənar tədbirlər vasitəsilə onların sosial bacarıqları inkişaf etdirilməlidir. Müəllimin əsas vəzifəsi yalnız bilik vermək deyil, həm də şagirdin bacarıq və qabiliyyətlərini üzə çıxarıb inkişafına yön verməkdir. Bu məsələdə müəllim və valideynlərin birgə fəaliyyəti şagirdin inkişafında həlledici rol oynayır”.

“Uşaqların texnologiyadan istifadə müddəti onların sosiallaşmaya ayırdığı vaxtı üstələməməlidir”

Şagirdlərin və ümumilikdə uşaqların cəmiyyətə sağlam inteqrasiyası üçün sosiallaşma prosesində ailə və məktəbin əsas rol oynadığını bildirən A.Qənbərov əlavə edib ki, ənənəvi cəmiyyətdə sosiallaşmada ailə və məktəb birinci mövqedə dayanırdısa, indi bu rolu internet və sosial media da paylaşmağa başlayıb:

“Bu, ilkin sosiallaşma prosesi üçün ciddi bir çağırışdır. Şagirdlərin və ümumilikdə uşaqların cəmiyyətə sağlam inteqrasiyası üçün əsas rolu məhz ailə və məktəb oynamalıdır. Bu iki institut cəmiyyətin mövcud dəyərlərini və normalarını gənclərə düzgün şəkildə aşılamalı, əvəzedilməz rolunu itirməməlidir. Uşaqların texnologiyadan istifadə müddəti onların sosiallaşmaya ayırdığı vaxtı üstələməməlidir. Valideynlər ailədaxili ünsiyyətə, qayğıya və tərbiyəyə xüsusi önəm verməli, uşaqları yeni media vasitələrinin mənfi təsirlərindən qorumağa çalışmalıdırlar”.

“Sosiallaşan şəxs cəmiyyətdə məsuliyyətini və vəzifələrini dərk edən insandır”

“Uşaqların sosiallaşması onların gələcək karyeralarına təsir göstərirmi?”

Bu suala cavab verən A.Qənbərov qeyd edib ki, cəmiyyətin sağlam və faydalı üzvü olmaq üçün sosiallaşma vacib prosesdir:
“İnsan fərd kimi doğulur, cəmiyyətə inteqrasiya edərək şəxsiyyətə çevrilir. Bu prosesin yolu sosiallaşmadan keçir. Böyük yunan filosofu Aristotel haqlı olaraq deyirdi: 

“İnsan təbiətcə sosial varlıqdır”. Bu fikir bu gün də bütün sosioloji və psixoloji nəzəriyyələrdə təsdiq olunmuş həqiqətdir. İnsanın cəmiyyətdə varlığı onun sosiallaşmasından asılıdır. Beləliklə, məlum olur ki, sosiallaşma uşaqlar üçün həyati əhəmiyyət daşıyır. Onların gələcək karyeralarında da sosial bacarıqlar və sağlam ünsiyyətin böyük təsiri var. Lakin unutmamalıyıq ki, uğurlu karyera təkcə sosiallaşma ilə formalaşmır – burada təhsil, iqtisadi imkanlar və digər amillər də rol oynayır. Sosiallaşan şəxs hər şeydən əvvəl öz fikri, mövqeyi olan, eyni zamanda, cəmiyyətdə məsuliyyətini və vəzifələrini dərk edən insandır. Buna görə həm valideynlər, həm də təhsil işçiləri uşaqların şəxsiyyət kimi formalaşmasına dəstək olmalı, onların fikirlərinə hörmətlə yanaşmalıdırlar. Uşaqlar başqalarını təqlid etmək əvəzinə, ictimai dəyərləri və normaları şüurlu şəkildə mənimsəməli, müstəqil fikir sahibi olmağa təşviq olunmalıdırlar”.

Şərhlər

Xəbər lenti

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

18 aprel, 15:15

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

18 aprel, 15:05

Rəqəmlərin rəngi, notların dadı var

18 aprel, 14:44

“Mesajı oxuyanda gözlərim doldu" – 300 bal toplayan paytaxt məktəbliləri

18 aprel, 14:34

Bağçada qısaqapanma nəticəsində tüstülənmə olub

18 aprel, 14:05

ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir

18 aprel, 14:03

Prorektor: Pedaqoji ixtisaslara qəbul planı optimallaşdırılır

18 aprel, 13:43

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub

18 aprel, 13:08

Uşaq hüquqlarına dair elektron məlumat bankı yaradılacaq

18 aprel, 12:48

Sabahın hava proqnozu açıqlanıb

18 aprel, 12:30

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

18 aprel, 12:26

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.