
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına (ETİHİ) üzv olan 3000 təhsil işçisi üçün yeni fürsət yaradılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, təhsil işçiləri “Push30”un təqdim etdiyi xidmətlərdən faydalanacaqlar. “Push30” – ölkənin müxtəlif idman zalları, sağlamlıq və fitness mərkəzlərinə vahid giriş imkanı təqdim edən platformadır. Belə ki, platformaya qoşulan təhsil işçiləri üçün “standart” və “plus” abunəlik paketləri xüsusi güzəştli qiymətlərlə təqdim ediləcək.
Layihəyə Elm Təhsil İşçiləri Həmkarlar İttifaqının hər bir üzvü qoşula bilər.
“Push30” platformasına qoşulmaq istəyən təhsil işçilərindən linkə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Qeydiyyat üçün son gün 25 sentyabrdır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər