Bütün xəbərlər
19 sentyabr, 14:25

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin və əməkdaşların sağlamlığının qorunması məqsədilə 1 saylı Tələbə Poliklinikasının nəzdində fəaliyyət göstərən tibb məntəqəsi əsaslı təmir edilərək istifadəyə verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, müasir standartlara uyğun yenidən qurulan tibb məntəqəsi universitet kollektivinin gündəlik tibbi ehtiyaclarını qarşılamaq üçün zəruri avadanlıqlarla təmin olunub. Burada ilkin tibbi yardımın göstərilməsi, təcili müdaxilə, profilaktik baxışlar, təzyiq və qan şəkərinin ölçülməsi, ürək fəaliyyətinin müayinəsi, vaksinasiya, bəzi laborator analizlərin götürülməsi və ambulator müalicə xidmətləri həyata keçiriləcək.

Tibb məntəqəsi eyni zamanda tələbə və əməkdaşların mütəmadi sağlamlıq müayinələrinin aparılması, müxtəlif xəstəliklərin vaxtında aşkarlanması, həmçinin sanitar-epidemioloji qaydaların təbliği və maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından mühüm rol oynayacaq.

Qeyd edək ki, tələbələrin təhsildə uğurları onların sağlam həyat tərzi ilə birbaşa bağlıdır. Bu məqsədlə yaradılan müasir şərait universitetdə gənclərin fiziki və psixoloji sağlamlığının qorunmasına, eləcə də əməkdaşların rahat və təhlükəsiz iş mühitinə xidmət edəcək.

1 /8

Şərhlər

Xəbər lenti

19 sentyabr, 14:54

Qarabağ Universiteti Klinikasının təcili yardım şöbəsi fəaliyyətə başlayacaq

19 sentyabr, 13:44

ADNSU-nun “Healwith” layihəsi “QS Təhsili yenidən təsəvvür et 2025” müsabiqəsinə seçilib

19 sentyabr, 13:08

78 yaşında tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... – FOTO/VİDEO

19 sentyabr, 12:31

Valideynlərini itirmiş uşaqlar təhsillərini başa vurduqda 2600 manat birdəfəlik müavinət veriləcək

19 sentyabr, 12:07

Bir sinfin 6 məzunu Hüquq fakültəsinin tələbəsi oldu – Məktəbdən reportaj

19 sentyabr, 11:24

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək

19 sentyabr, 11:24

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək? – Eksklüziv müsahibə

19 sentyabr, 10:54

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

19 sentyabr, 10:43

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19 sentyabr, 10:35

2026-cı ilin buraxılış imtahanlarının proqramları AÇIQLANDI

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.