Bütün xəbərlər
21 avqust, 09:40

Adı Vətəndir. Hekayəmizin qəhrəmanı olmağı üçün elə adı da bəsdir, amma bu, onu ifadə eləmək üçün çox az olar. Çünki Gənc Vətən Məmmədova nümunəvi şagird olub, parlaq abituriyent. Uğuru tələbəlikdə də davam edib. ADA Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini başa vurub və indi işləyir. Karyerasına şəhərimizdəki hüquq firmalarından birində kiçik hüquqşünas kimi start verib.  

“Bu məqsədə nail olmaq üçün çox çalışmışam”

Vətən 2021-ci ildə yüksək bal toplayaraq sadəcə “tələbə” adı qazanmayıb, həm də tələbəliyə Prezident təqaüdçüsü olaraq başlayıb. Bu qədər yüksək balla ADA Universitetində ödənişli təhsil almaq istəyinin səbəbinə gəlincə, bunu “Azərbaycan müəllimi”nə belə izah edib:

“Azərbaycanda təhsilinin keyfiyyəti, kurikulumunun fərqliliyi, eyni zamanda tələbələrə yaratdığı karyera və şəxsi inkişaf imkanları ilə seçilən ADA Universitetinin hüquq fakültəsində təhsil almaq məktəb illərindən məqsədim olub və ona nail olmaq üçün çox çalışmışam. Digər universitetlərin hüquq fakültələrində dövlət sifarişi ilə təhsil almaq şansım olsa da, məqsədimdən və planlarımdan vaz keçməyərək ixtisas seçimi zamanı ADA Universitetinin “Hüquqşünaslıq” ixtisasına üstünlük verdim”.

İxtisası üzrə təhsil alarkən isə akademik göstəriciləri ilə yanaşı, ictimai fəaliyyətə də önəm verib: “Tələbəlik illərim ərzində daim fəal oldum, universitetimizin Tələbə Hüquq Cəmiyyətinin üzvü kimi müxtəlif layihə və təşəbbüslərə qatıldım. Hətta hüquq sahəsində ən nüfuzlu yarışmalardan biri kimi tanınan “Vis Moot” yarışında iştirak edərək universitetimizi və ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək şansı əldə etdim”.

“Ödənişli əsaslarla təhsil almaq öz seçimim olub”

Təbii ki, bəzi məqsəd və hədəflər, sadəcə onlara çatana qədər yox, elə çatandan sonra da fədakarlıqlar tələb edir. Vətən üçün ADA Universitetinin təhsil haqqı kifayət qədər yüksək idi. Bəs o nəyə güvənərək ADA Universitetini seçmişdi? Təbii ki, özünə: “Ödənişli əsaslarla təhsil almaq öz seçimim olub və bu səbəbdən təhsil haqqını da özüm ödəmək istəyirdim. Məncə, bu, cəmiyyətdə təəccüb doğurmamalıdır. Tələbələrin hər hansı gəlir mənbəyi olmadığı üçün təhsil haqlarını özlərinin qarşılaması qeyri-mümkün olsa da, bu məsuliyyəti öz üzərlərinə götürmək istəmələri tamamilə təbiidir. Ailəmə əlavə yük yaratmaq istəmirdim”.

Ona görə də təhsil tələbə krediti lap yerinə düşüb: “Yüksək nəticə göstərərək ADA Universitetinə qəbul olunduğum üçün təhsil haqqında güzəşt əldə etdim. Ancaq bu güzəşt, sadəcə ilk tədris ilinə aid edildi. Belə bir vaxtda Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkan mənə dəstək oldu. Hüquqşünas kimi karyerama başladıqdan sonra təhsil haqqını öz ayaqlarım üzərində dayanaraq ödəyə bilmək fonda müraciətimin əsas səbəblərindən biri oldu”.

Vətən yağışdan çıxıb yağmura düşməsin deyə əvvəlcə yaxşı-yaxşı araşdırıb: “Fond haqqında ətraflı məlumat əldə etdikdən sonra bu imkanın tələbələr üçün nə qədər əhəmiyyətli və onların maneəsiz şəkildə təhsil ala bilmələrinə vasitə olduğunu düşündüm. Bu təşəbbüs mənə çox maraqlı gəldi və üçüncü kursdan etibarən təhsil xərclərimin qarşılanması məqsədilə mən də təhsil krediti üçün müraciət etdim”.

Təhsil krediti arzuladığı universitetdə və ixtisasda təhsil almağına yol açdı

Düşünürəm ki, fondun yaratdığı imkanın mənim təhsil və karyera həyatımda faydası böyükdür. Çünki nəticə etibarilə, bu, mənim arzuladığım universitetdə və ixtisasda təhsil almağıma yol açaraq gələcək məqsədlərimə doğru daha inamla irəliləməyimə və təhsil xərclərimi öz imkanlarımla qarşılamağıma şərait yaradıb.

Şərhlər

Xəbər lenti

21 avqust, 14:41

Qarabağa qayıdan şagirdlərə dəstək - Onların adaptasiyası üçün iş aparılır

21 avqust, 14:20

“Müasir peşə təhsili müəssisələrinin yaradılmasına ciddi ehtiyac duyulur” – MÜSAHİBƏ

21 avqust, 14:05

SAT imtahanı ilə ali məktəbə qəbul olanlar da təhsil krediti ala biləcəklər – YENİ QƏRAR

21 avqust, 13:54

Təhsil krediti almaq istəyən bu tələbələr üçün bal həddi endirildi

21 avqust, 13:05

MDU-nun rektoru “İnnostart Grand Final - Demo Day” tədbirində iştirak edib

21 avqust, 13:01

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasına qeydiyyat başlayıb

21 avqust, 12:51

Sabahın hava proqnozu açıqlanıb

21 avqust, 12:26

Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək

21 avqust, 12:21

10 minə yaxın qadın peşə təhsili alacaq – Rekord say

21 avqust, 11:29

Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ!

21 avqust, 11:14

“Kibernetika və İnformatikanın Problemləri” mövzusunda VI beynəlxalq konfrans keçiriləcək

21 avqust, 11:05

Yasamaldakı MİDA Yaşayış Kompleksində ikinci bağça fəaliyyətə başlayır

20 avqust, 17:47

PIRLS tədqiqatına hazırlıqlar davam edir

20 avqust, 17:20

Onlar ali məktəbə imtahansız qəbul oldular

20 avqust, 17:09

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsi başlayır

20 avqust, 17:04

NDU-nun startap komandaları ölkəmizi Türkiyənin Bilişim Vadisində təmsil edəcək

20 avqust, 16:32

“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.