Bütün xəbərlər
2 iyun, 10:10

Təkcə bu il qadın tələbələrin etdiyi 14898 müraciətdən 12745-i rəsmiləşdirilib

Təhsil Tələbə Krediti Fonduna qadınlar daha çox müraciət edirlər. “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq qurumdan bildirilib ki, fondun təqdim etdiyi həm sosial, həm də standart növ təhsil kreditlərinə olan müraciət göstəricilərində qadınlar daha fəaldır. Belə ki, bu tədris ili başlayandan fonda 8148 müraciət kişi tələbələrdən daxil olub və bu müraciətlərin 6442-si müsbət cavablandırılıb. Qadın tələbələrin etdiyi 14898 müraciətdən 12745-i rəsmiləşdirilib.

Təhsil Tələbə Krediti Fondunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova qəzetimizə məlumat verib ki, ümumiyyətlə, təhsil tələbə krediti təqdim edildiyi ilk ildən müraciətlərin də, kredit müqaviləsi rəsmiləşdirilənlərin də arasında qadınlar çoxluq təşkil edib: “Fonda məxsus elektron portala 2021/2022-ci tədris ilində kişi tələbələrdən 5178, qadın tələbələrdən isə 5444 müraciət daxil olub. Həmin müraciətlər arasında müsbət cavab alan 3041 müqavilə kişi, 3797 müqavilə qadın tələbələrlə rəsmiləşdirilib. 2022/2023-cü tədris ilində kişi tələbələrlə 5303, qadın tələbələrlə isə 7427 təhsil tələbə krediti rəsmiləşdirilib.

Ötən dərs ilində rəqəmlər daha da artıb. Kişilərdən daxil olan 8054 müraciətdən 6517-sinə müsbət cavab verilibsə, qadınların 12309 müraciətinin 10654-ü kredit müqaviləsi bağlanması ilə nəticələnib”.

Regionlar üzrə aparılan təhlillər də maraqlıdır: “Ölkəmizin 14 iqtisadi rayonu üzrə təhsil krediti alan tələbələr arasında da qadınlar üstünlük təşkil edib. Ən yüksək göstərici Bakı iqtisadi rayonu üzrə olsa da, işğaldan azad olunmuş əraziləri əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunda da kredit müraciətlərində artım müşahidə olunub. Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən bu bölgədə “Böyük Qayıdış” proqramı çərçivəsində təhsilin dəstəklənməsi və gender balansının qorunması strateji prioritetdir”.

2021-2025-ci illəri əhatə edən dövrdə Təhsil Tələbə Krediti Fonduna elektron portal üzərindən ümumilikdə 70000-dən çox müraciət daxil olub. İndiyədək 60000-ə yaxın müraciət edənin təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. 

Rəsmiləşmiş kredit müqavilələrinin bölgüsünə əsasən, 34050, yəni təhsil tələbə krediti müqavilərinin 61.51 faizi qadın tələbələrlə, 21303-ü, yəni 38.49 faizi kişi cinsindən olan tələbələrlə rəsmiləşdirilib. Gülnar Zeynalovanın sözlərinə görə, bu göstəricilər qadınların təhsilə cəlb olunmasında dövlət siyasəti və sosial dəstək alətlərinin effektiv nəticə verdiyini göstərir: “Təhsil tələbə krediti almış qadınların sayca çoxluq təşkil etməsi, onların ailədə, cəmiyyətdə və əmək bazarında daha aktiv iştirakının təminatıdır. Təhlillərə əsasən, qadınların müraciət və rəsmiləşdirilmiş kreditlərdəki faiz üstünlüyü onların təhsilə olan marağının, məqsədyönlü yanaşmasının və sosial dəstək mexanizmlərindən istifadədə daha fəal olmasının göstəricisidir. Bu, həm də cəmiyyətimizdə qadınların rolu və təhsilə münasibətində müsbət dəyişikliklərin baş verdiyini göstərir”.

Şərhlər

Xəbər lenti

3 iyun, 20:25

BANM rektoru DAAD Regional Tbilisi ofisinin rəhbəri ilə görüşüb

3 iyun, 16:55

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? - ARAŞDIRMA

3 iyun, 16:46

AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar

3 iyun, 16:42

Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub

3 iyun, 16:34

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

3 iyun, 16:24

Şagirdlərimizə öz davranışlarımızla nümunə olmalıyıq – 46 ilin müəllimi

3 iyun, 16:01

MÜTDA-dan attestatların verilməsi ilə bağlı ÇAĞIRIŞ

3 iyun, 15:49

ADPU-nun Şamaxı filialında “Məzun Günü” keçirilib

3 iyun, 15:39

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar

3 iyun, 15:00

Onlar tətildə də dərslərin keçirilməsini istəyirlər – REPORTAJ

3 iyun, 14:53

Bu il 116 mindən çox şagird XI sinfi bitirir

3 iyun, 14:38

BMU tələbələri beynəlxalq çempionatda uğur qazanıblar

3 iyun, 14:34

Ali məktəbə qəbul olan kənd rayonları abituriyentlərinin sayı artıb

3 iyun, 14:21

BANM-də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub

3 iyun, 14:06

ADNSU-nun təşkilatçılığı beynəlxalq konfrans keçirilir

3 iyun, 14:00

İctimai Şuranın üzvləri ilə məktəb direktorları arasında görüş keçirilib

3 iyun, 14:00

Gənclər niyə elmdən uzaqlaşır? – gənc tədqiqatçı rəyi

3 iyun, 13:51

Elektron olan hər vasitə faydalı deyil

3 iyun, 13:35

Təbii fəlakət zamanı dəyən ziyan hesablanan məbləğdən dəfələrlə çox ola bilər – AÇIQLAMA

3 iyun, 13:17

NDU tələbəsi beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.