Bütün xəbərlər
23 aprel, 11:20

Fasiləsiz təhsil imkanlarını dəstəkləmək məqsədilə Təhsil Tələbə Krediti Fondu (TTKF) arzu edən şəxslərə təhsil krediti ayırır. Bəs əlavə təhsil üçün də təhsil tələbə kreditindən yararlanmaq mümkündürmü?

Fonddan “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, əlavə təhsilin yalnız “təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili” istiqaməti üzrə təhsil alan şəxslərə təhsil krediti ayrılır: “Bu istiqamət üzrə təhsil müəssisələrinə qəbul iki yolla mümkündür: Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qəbul imtahanı vasitəsilə və ya müsabiqədənkənar qəbul yolu ilə”.

Əlavə təhsil almaq üçün DİM-in təşkil etdiyi imtahanlardan keçənlər üçün bu şərt əsasdır

Fonddan bildirilib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanı vasitəsilə qəbul olan tələbələr ilk təhsil müddətində TTK-dan istifadə etməyiblərsə, o zaman təkrar ali, orta ixtisas və ya yüksək texniki peşə təhsili aldığı dövrdə bu kreditlərdən yararlana bilərlər. Bu halda kreditlərin təqdim olunma şərtləri əvvəlki qaydalarla eyni qalır. I kursun I semestrində tələbənin qəbul balı, növbəti semestrlərdə isə akademik göstəriciləri əsas götürülür. Ali və orta ixtisas təhsili alan tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) minimum 71 bal olmalıdır. Peşə təhsili alan tələbələrin aralıq qiymətləndirmə göstəricisi 71-dən aşağı olmamalıdır. Eyni zamanda, tələbənin akademik borcunun olmaması əsas şərtlərdəndir. 

Müsabiqədənkənar qəbul olunub əlavə təhsil alanlar TTK üçün ikinci semestri gözləməlidirlər

Müsabiqədənkənar şəkildə təhsil müəssisəsinə qəbul olunan tələbələr standart təhsil tələbə kreditindən (TTK) yararlanmaq istədikdə birinci semestrdə TTK-dan istifadə edə bilmirlər. Lakin birinci semestrin sonunda tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 və daha yüksək olarsa, həmin tələbə ikinci semestrdən etibarən standart TTK-dan yararlanmaq hüququ əldə edir.

Geri ödəniş məzun olduqdan sonra başlanır

Əlavə təhsil üçün ayrılan kreditin geri ödənişi də təhsil müddəti başa çatdıqdan sonrakı dövrdən hesablanır: “Təhsil tələbə krediti sistemi təhsil alanlara maddi dəstək göstərməklə təhsilin əlçatanlığını artırır. Kreditin geri ödənişi yalnız məzun olduqdan sonra başlanır. Tələbə təhsil aldığı müddət ərzində də rəsmi iş yeri ola bilər. Lakin təhsil tələbə krediti qaydalarına əsasən, normativ təhsil müddətində tələbənin rəsmi iş yeri olsa belə, bu dövr üçün TTK-ya faiz hesablanmır”. 

Əlavə təhsil alanlar üçün də güzəşt dövrü var: “Tələbəyə məzun olduqdan sonra əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iki il güzəşt dövrü verilir. Bu müddət ərzində məzunun məşğulluğu müəyyən edilməzsə, ondan kreditin geri qaytarılması tələb olunmur və bu dövrdə faiz hesablanmır. Məzun əmək fəaliyyətinə başladıqda isə bank tərəfindən təqdim edilən ödəniş cədvəlinə uyğun olaraq 10 il müddətində kreditin geri qaytarılması prosesi başlayır. Hər bir məzuna geri ödəmə mexanizmi bərabər hissələrə bölünmüş qrafiklə təqdim olunur”.

Fonddan bildirilib ki, təhsil müddətindəki akademik nəticələrə əsasən, kreditin faizsiz və ya güzəştli qaydada qaytarılması da mümkündür. Belə ki, təhsilin normativ müddətində bütün tədris semestrləri üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91 və yuxarı olan tələbələr sosial TTK üzrə kreditin 50 faizindən, standart TTK üzrə isə 25 faizindən azad olunurlar: “Bu mexanizm tələbələrin təhsil müddətində və məzun olduqdan sonra maliyyə yükünü azaltmaqla onların əmək bazarına inteqrasiyasını asanlaşdırır və rəqabətqabiliyyətini artırır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydalarının 1.3-cü bəndinə əsasən, əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, kadrların təkmilləşdirilməsi, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.

Şərhlər

Xəbər lenti

23 aprel, 21:54

Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib

23 aprel, 17:46

Qarabağ Universiteti müəllim vakansiyaları elan edir

23 aprel, 17:17

Deputat: Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə böyük əhəmiyyət verilir

23 aprel, 16:59

Zəkalar qarşı-qarşıya gəldi - Qalib Mingəçevir komandası oldu

23 aprel, 16:32

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

23 aprel, 16:32

RSXM İstanbuldakı zəlzələ ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

23 aprel, 16:21

“Zəkaların mübarizəsi”nin Bakı üzrə regional mərhələsi keçirilib

23 aprel, 16:12

“Azərbaycanın regionlarında təhsildə rəqəmsallaşma” layihəsi çərçivəsində tədbir keçirilib

23 aprel, 16:09

ADPU-da “Hüquq və Zəka” adlı intellektual yarış keçirilib

23 aprel, 16:02

NDU-nun tələbələri Beynəlxalq Kimya Müsabiqəsinin qalibi olublar

23 aprel, 16:00

Azərbaycan-Çin Birgə Universiteti yaradıla bilər

23 aprel, 16:00

Mil-Muğanda 245 şagird “Məktəblilərarası Milli Hakaton"da iştirak edir

23 aprel, 15:03

Həftəsonu 52 minə yaxın şagird imtahan verəcək

23 aprel, 14:53

AMEA-da minifutbol turnirinin açılışı olub

23 aprel, 14:15

Eyni saat, eyni ümid: Bir tələbənin hekayəsi

23 aprel, 13:14

İctimai Şuranın üzvləri ADPU-da tələbələr ilə görüşüblər

23 aprel, 13:08

Uşaqlarda kitaba necə məhəbbət oyada bilərik?  

23 aprel, 12:39

Sabahın hava proqnozu açıqlanıb

23 aprel, 12:04

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

23 aprel, 11:48

Azərbaycan və Çin birgə elmi-tədqiqat platformaları yaradacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.