
Azərbaycan Respublikası Təhsil İnstitutu, “Bir Könüllü” Tələbə Təşkilatı, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi, “PathtoMath” klubu və EESTEC BAKU-nun birgə təşkilatçılığı ilə keçirilən tələbə yaz düşərgələrinin rəsmi bağlanış mərasimi baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bağlanış mərasimində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev iştirak edərək tələbələrlə görüşüb. O, düşərgələrdə iştirak edən tələbələrin təəssüratlarını və rəylərini dinləyib. Səbuhi Rzayev çıxışında bu cür düşərgələrin tələbələrin şəxsi və sosial inkişafında oynadığı roldan, eyni zamanda, ölkənin gələcəyi naminə gənclərin fəal vətəndaş mövqeyinin formalaşdırılmasındakı əhəmiyyətindən bəhs edib.
Görüşün yekununda hər üç düşərgənin iştirakçılarına sertifikatlar təqdim olunub.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər