Bütün xəbərlər
4 aprel, 13:23

268 nömrəli Xüsusi Təhsil Məktəbində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və Milli Məclisin deputatı Ceyhun Məmmədovun iştirakı ilə Autizm Maarifləndirmə Günü münasibətilə əhəmiyyətli bir tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə millət vəkili Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova və Şuranın üzvü Sevinc Məhməliyeva, eləcə də müxtəlif qurumların nümayəndələri, pedaqoqlar və valideynlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən 268 nömrəli Xüsusi Təhsil Məktəbinin direktoru Farizə Teymurzadə məktəbin fəaliyyəti və xüsusi təhsilin əhəmiyyəti barədə məlumat verib. O, pedaqoji heyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğının, onların inkişafı üçün tətbiq edilən müasir metodların vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov ölkəmizdə xüsusi təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edərək, dövlətin bu sahəyə xüsusi önəm verdiyini bildirib.

İctimai Şuranın sədri professor Hikmət Əlizadə isə çıxışında xüsusi təhsil sahəsində həyata keçirilən islahatların vacibliyini vurğulayaraq, cəmiyyətin bu prosesdə daha fəal iştirak etməsinin əhəmiyyətini qeyd edib.

İctimai Şuranın katibi, inklüziv təhsilin inkişafına dair bir sıra layihələrə rəhbərlik edən Günay Əkbərova çıxışında xüsusi təhsilin cəmiyyətin rifahı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, müəllimlərin və valideynlərin üzərinə düşən məsuliyyəti vurğulayaraq bu sahədə maarifləndirmənin və peşəkar hazırlığın artırılmasının vacibliyini qeyd edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Sevinc Məhməliyeva inklüziv təhsil sisteminin təkmilləşdirilməsinin yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün deyil, bütövlükdə cəmiyyətin sosial inkişafı üçün mühüm olduğunu bildirib.

Tədbir çərçivəsində pedaqoqlar, defektoloqlar və loqopedlər də müzakirələrdə fəal iştirak ediblər. Onlar autizmli uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsi, müəllimlərin peşəkar inkişafı və yeni metodların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda valideynlərin sualları cavablandırılıb.

1 /11

Şərhlər

Xəbər lenti

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.