
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tələbələrin yay tətilini səmərəli və mənalı keçirmələri üçün yay düşərgəsi təşkil edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Təhsil” İstirahət Mərkəzində yaradılan düşərgə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Məqsəd tələbələrə sağlam istirahət imkanı yaratmaq, onların sosial, intellektual və yaradıcı inkişafına dəstək göstərməkdir.
Yay düşərgəsində 22 ali, orta ixtisas və peşə təhsili müəssisəsindən gənclər iştirak edir. Düşərgənin proqramında milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik mövzuları, diskussiya panelləri, elmi müzakirələr, maarifləndirici təlimlər, idman və əyləncə yer alıb.
Tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri müxtəlif konsert proqramları ilə çıxış edirlər.
Qeyd edək ki, bu mövsümdə ümumilikdə 7300-dən çox ittifaq üzvü “Təhsil” İstirahət Mərkəzində istirahət edib. 800-ə yaxın gənc isə mövsümün sonuncu qonaqlarıdır. Sentyabrın 9-dan fəaliyyətə başlayan tələbələrin yay düşərgəsi sentyabrın 13-nə qədər davam edəcək.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər