Bütün xəbərlər
10 sentyabr, 10:43

Bəzən insan həyatında elə dönəmlər olur ki, arzular bir müddətlik yarımçıq qalır. Amma əzmkarlıq və düzgün hədəflər olduqda həmin arzular gerçəyə çevrilir. Sərbəst (eksternat) təhsilalma forması bu arzuların reallaşmasına yardım edir. Belə ki, bu forma müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaqimkanı verir. Hər il minlərlə məzun bu imtahanda iştirak edərək müvafiq təhsil sənədini əldə edir. Bəziləri isə hətta ali məktəbə belə qəbul olur.

“Azərbaycan müəllimi” qəzeti sizə məhz sözügedən imtahanı uğurla verdikdən sonra ali təhsil alma məqsədinə çatan məzunlardan biri ilə tanış edir.

Nigar Nəsirli İmişli rayonunda müəllim ailəsində dünyaya gəlib. 9-cu sinfi İmişli şəhəri 1 nömrəli Humanitar fənlər təmayüllü məktəb-liseydə başa vurub. Lakin müəyyən səbəblərdən 10–11-ci siniflərdə təhsil ala bilməyib:

“2021-ci ildə keçirilən 9-cu sinif buraxılış imtahanında 252 bal topladım və məktəbdən fərqlənmə attestatı ilə məzun oldum. Həmin il atamın işləri ilə əlaqədar Rusiyaya köçməli olduq. Həmin ölkədə təhsilimə davam etdim və hüquq təhsili verən kollecə qəbul oldum. Ötən il oranı bitirdim. Oxuduğum dövr ərzində hüquq ixtisasına olan marağım daha da artdı. Bununla bərabər, həmişə ürəyimdə Azərbaycanda ali təhsil almaqla bağlı arzum var idi. Beləliklə, kollecə bitirdikdən sonra qarşıma məqsəd qoydum və Azərbaycana gəldim. 1 il ərzində III qrup üzrə qəbul imtahanına hazırlaşdım. Çox çalışdım, lazım gəldikdə özümü hər şeydən, hər cür sosiallıqdan uzaqlaşdırdım, yalnız dərslərimə və məqsədimə yönəldim. 2025-ci ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul üzrə keçirilən blok imtahanlarında iştirak etdim. Ümumilikdə 652 bal olmaqla buraxılış imtahanından 283,5, blok imtahanından isə 368,5 bal topladım və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul oldum”.

Müsahibimiz deyir ki, eksternat imtahanı haqqında əvvəlcə özü internetdən geniş bir araşdırma aparıb. Ona aydın olmayan bəzi nüansları isə Azərbaycanda olarkən müəllimlərindən dəqiqləşdirib.

Nigar sonda ona dəstək olan yaxınlarına və müəllimlərinə bir daha təşəkkür edir:
“Qazandığım bu uğurun ən böyük pay sahiblərindən biri də bu gün Azərbaycanda olmasalar belə, qəlbi daim yanımda olan, hər an dəstəyini və şəfqətini hiss etdiyim anam, həmçinin mənə iradə və inam verərək uğura hazırlayan atamdır. Bununla yanaşı, mənəvi dəstək olan müəllimlərimə, üzərimdə böyük əməkləri olan nənəmə və babama da dərin minnətdarlığımı bildirirəm. Onların hər birinin dəstəyi mənim bu yola daha inamla çıxmağıma və uğura çatmağıma səbəb oldu”.

Təqdim etdiyimiz Nigarın uğur hekayəsi bir daha göstərir ki, doğru planlama və güclü iradə ilə yarımçıq qalan arzular hər zaman gerçəkləşə bilər. Yetər ki, insan inanıb məqsədə doğru addım atsın, elə Nigar kimi…

Şərhlər

Xəbər lenti

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 12:20

Şəhid anası müəllim: Oğlum xidmət etdiyi hərbi hissədə 2 ali təhsilli əsgərdən biri olub

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

7 oktyabr, 11:46

“Hələ tam dərk etmirəm” – Nobel laureatı xəbəri necə aldı?

7 oktyabr, 11:19

Tural Əhmədov: Azərbaycanın bütün universitetlərinin diplomu xaricdə tanınır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.