Bütün xəbərlər
10 sentyabr, 11:02

Sentyabrın 8-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Əməliyyatçı-mühasib”, “Bərbər”, “Dərzi”, “Avtomobil mühərriklərinin yığıcısı” və “Qənnadıçı, şirniyyatçı” peşə ixtisasları üzrə növbəti nəzəri imtahan keçirilib. 

TKTA-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahanda 6 nəfər iştirak edib.

Qeyd edək ki, TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələyə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat (https://tinyurl.com/53jmtf8z) davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildiririk ki, agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən ərizəçiyə verilən sertifikat ona ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Müraciətçiyə verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Şərhlər

Xəbər lenti

10 sentyabr, 16:37

Şəki-Zaqatala regionunun məktəblərinə 363 min nüsxədən çox dərslik çatdırılıb

10 sentyabr, 16:25

BMU-İNHA İDP-yə bu il qəbul olan tələbələrlə görüş keçirilib

10 sentyabr, 16:14

Tələbə yataqxanaları ilə bağlı konsepsiyalar hazırlanır

10 sentyabr, 16:10

Yeni “Fizika” dərsliyində ilk dəfə QR kodlardan istifadə olunacaq

10 sentyabr, 16:02

Kimya fənninin məzmunu sadələşdirilib

10 sentyabr, 15:53

Bütün fənlərin kurikulumlarının məzmununda ixtisarlar edilib

10 sentyabr, 15:51

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

10 sentyabr, 15:42

Kimlər evdə təhsil ala bilər? – AÇIQLAMA

10 sentyabr, 15:37

Dərslik müəllifi: Yeni “Fizika” dərsliyində sualların tərtibinə xüsusi diqqət yetirilib

10 sentyabr, 15:28

Daha 10 fənn kurikulumu təkmilləşdirilir – Müəllimlərin NƏZƏRİNƏ!

10 sentyabr, 15:28

Şirvan–Salyan regionunda tələbə adını qazananların sayı artıb

10 sentyabr, 15:16

Tələbələr və valideynlər üçün “Açıq qapı” günü təşkil edilib

10 sentyabr, 15:00

Azərbaycan sevdalısı İbrahim Yıldırım – böyük itki

10 sentyabr, 14:30

Məktəblər yeni tədris ilinə necə hazırlaşır? – REPORTAJ

10 sentyabr, 13:58

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:37

Müəllimlər birgə dərs modelini necə qiymətləndirirlər?

10 sentyabr, 11:27

“Müəllimlərin qiymətləndirmə materiallarını bölüşmələrini dəstəkləmirəm” – Dərslik müəllifi

10 sentyabr, 11:09

Tələbələrin hüquqi bilikləri və həmrəyliyi müzakirə olunub

10 sentyabr, 11:05

Mil-Muğan regionunun şagirdlərinə 307 minə yaxın dərslik paylanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.