Bütün xəbərlər
12 fevral, 18:00

Telefon və sosial mediadan istifadənin mənfi təsirlərini aradan qaldırmaq üçün təkcə məktəbdə tətbiq olunan qadağalar kifayət deyil.

“Azərbaycan müəllimi” xəbər verir ki, Birminhem Universitetinin apardığı araşdırmaya görə, məktəblərin məhdudlaşdırıcı tədbirləri telefon və sosial mediadan istifadənin azalmasına səbəb olmur. Eyni zamanda, qadağaların şagirdlər arasında da yaxşı nəticələrə gətirib çıxarmadığı məlum olub.

Araşdırma göstərir ki, telefonlardan istifadəni qadağan edən məktəblərə gedən şagirdlərin psixi sağlamlığı və rifahı mütləq şəkildə yaxşılaşmayıb. Universitetin apardığı araşdırma bu istiqamətdə ilk tədqiqatdır və o aşkar edib ki, təkcə smartfonları qadağan etmək onların mənfi təsirlərini aradan qaldırmaq üçün yetərli deyil.

Nəticələri “Lancet Regional Health Europe” jurnalında nəşr olunan araşdırmada İngiltərədəki 30 məktəbdən 1227 şagirdin smartfon və sosial mediadan istifadəsi, onların bir sıra psixi sağlamlıq, rifah və digər nəticələri haqqında məlumatlar təqdim edilib. Tədqiqatda iştirak edən məktəblərin 20-də telefonla bağlı müxtəlif məhdudlaşdırıcı siyasətlər mövcuddur.

Milli Sağlamlıq və Baxım Tədqiqatları İnstitutu (NIHR) tərəfindən maliyyələşdirilən araşdırma smartfonları qadağan edən məktəblərə gedən şagirdlərin nəticələrində fərq olmadığını, o cümlədən:

– Psixi rifah, narahatlıq və depressiya;

– Fiziki fəaliyyət və yuxu;

– İngilis dili və riyaziyyat üzrə nailiyyətlər; 

– Sinifdə davranış pozuntuları kimi məsələlərə də diqqət yetirilib və müsbət nəticələr olmadığı müəyyən edilib.

Smartfonlara qoyulan qadağalar məktəbdə telefondan (təxminən 40 dəqiqə) və sosial mediadan (təxminən 30 dəqiqə) istifadə edən şagirdlərin sayının bir qədər azalmasına səbəb olub, lakin tədqiqat göstərir ki, bu təsir kiçikdir və məktəbin telefondan istifadəni qadağan etməsi telefon və sosial mediadan istifadəyə sərf olunan ümumi vaxtın əhəmiyyətli dərəcədə azalmasına səbəb olmayıb.

Tədqiqatın aparıcı müəllifi Viktoria Qudyear bildirir ki, təkcə məktəblərə diqqət yetirməkdən artığını etməli və şagirdlərin gün ərzində məktəb daxilində və xaricində telefon istifadəsini nəzərdən keçirməlidirlər. 

O, açıqlamasında qeyd edir ki, telefonlara və sosial mediaya sərf olunan vaxtla pis yuxu, zəif təhsil nəticələri, davranış pozuntuları, daha az fiziki fəallıq arasında əlaqə var. Buna görə də telefonlara sərf olunan vaxtın azaldılması diqqət mərkəzindədir. 

Telefondan istifadəni tamamilə məhdudlaşdıran və müəyyən fasilələrdə telefondan istifadəyə icazə verən məktəblərin şagirdlərindən toplanan məlumatların nəticəsinə görə, həm icazə verib, həm də müəyyən məhdudlaşdırı tədbirlər görən məktəblərdə şagirdlərin telefondan istifadə müddəti gündə 4-6 saatdır. 

Birminhem Universitetinin professoru Miranda Pallan da məktəblərdə smartfonlardan istifadənin qadağan olunmasının təkbaşına yetərli olmadığını vurğulayıb:

“Araşdırma göstərir ki, məktəblərdə istirahət məqsədilə telefon istifadəsinə dair məhdudlaşdırıcı siyasətlər şagirdlər arasında daha yaxşı nəticələrə gətirib çıxarmır, lakin yeniyetmələrin sağlamlığının və rifahının yaxşılaşdırılması üçün ümumi telefon istifadəsinə dair tədbirlər prioritet olmalıdır”.

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.