
Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyə-Azərbaycan Universiteti (TAU) və Türkiyənin Milli Zəmin Təhlükəsizliyi İnstitutu (UZGE) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, əməkdaşlıq çərçivəsində elmi-tədqiqat, texnologiya transferi, metrologiya, standartlaşdırma və sınaq laboratoriyalarının qurulması sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Memoranduma əsasən, tərəflər birgə elmi layihələrin icra olunması, beynəlxalq elmi jurnallarda məqalələrin nəşri, sənaye ilə innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlıq edəcəklər.
Eyni zamanda, AzTU və TAU tələbələri üçün UZGE-nin mütəxəssisləri tərəfindən təlimlər keçiriləcək, laboratoriyalarda praktiki təcrübə imkanları yaradılacaq. Startapların inkişafı və innovasiya ekosisteminin gücləndirilməsi məqsədilə tərəflər Texnologiya Transfer ofisləri vasitəsilə birgə fəaliyyət göstərəcəklər.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər