Bütün xəbərlər
14 fevral, 10:17

Gündəlik rejim uşaqların inkişafına kömək edir, məsuliyyət və müstəqilliyi artırır. Onların həyatlarını saatlar və dəqiqələrlə deyil, baş verən hadisələrə görə təşkil edir. Fəaliyyətlər hər gün eyni ardıcıllıqla baş verəndə özlərini daha təhlükəsiz hiss edir və dünyanı daha yaxşı başa düşürlər. Gündəlik rejim uşaqlara rahatlıq və ardıcıllıq gətirir. Uşaqlar nə gözlədiyini biləndə özlərinə daha inamlı olurlar. Onlar bütün bunları birdən etməyi öyrənmirlər. Bəzən gündəlik iş rejiminə riayət etmək çətin bir iş kimi görünə bilər. Gündəlik rejim uşaqların vaxtlarını, fəaliyyətlərini səmərəli təşkil etməyə, özlərinə və ətrafdakı dünyaya daha inamlı olmağa kökləyir. Bununla da uşaqlar gündəlik problemlərə, streslərə və yeni gözləntilərə daha yaxşı uyğunlaşa bilirlər. 

Uşaqların, xüsusilə məktəblilərin gündəlik rejimi necə olmalıdır? Hansı xüsusiyyətlər nəzərə alınmalıdır? Bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müəllimi Gülər Məmmədova və pediatr Lalə Hüseynovaya müraciət etdik:

“Bütünlüklə uşaqları dərslə yükləyib zehni fəaliyyətlərini dərsə yönləndirmək onları təhsildən soyudur, təlimə olan maraqlarını azaldır”

Gülər Məmmədova bildirib ki, uşaqlarda, ələlxüsus ibtidai sinif şagirdlərində gün rejimi xüsusi qurulmalıdır. Bu da hər uşağa görə ayrıca tənzimlənir: “Həmin yaş dövründə təlim fəaliyyəti aparıcı olduğu üçün uşaqların gün rejimi ilk növbədə təlimə və istirahətə köklənməlidir. Nəzərə alsaq ki, bir çox valideynlər işləyirlər, ona görə də uşaqların məhz bu cür gün rejimlərinin tənzimlənməsi hər zaman mümkün olmur. Uşaqlar bəzən nəzarətsiz qaldıqlarından sosial şəbəkələrdən, videooyunlardan çox istifadə edir, zamanlarını, asudə vaxtlarını səmərəli keçirməyə bilirlər. Buna görə də müəyyən yaşın inkişaf dinamikasında uşaqları tənzimləmək, istiqamətləndirmək lazımdır ki, onlar günlük rejimlərini daha faydalı qura bilsinlər. Bunun üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideynlər uşaqlarının gündəlik planlarını limitli qurmalıdırlar. Aktivliyinin nədən ibarət olduğunu, şəxsi inkişaflarında, həyat bilgilərinin toplanmasında onlara hansı informasiyaların əhəmiyyət kəsb edəcəyini bilməlidirlər. Uşaqların qidasına fikir verilməli, yatmaq prosesi düzgün tənzimlənməlidir ki, onların zehni fəaliyyətində yorğunluq olmasın”. 

Psixoloqun sözlərinə görə, uşaqlar oyun fəaliyyətindən birbaşa təlimə keçid etdikləri üçün təlim fəaliyyəti onlara maraqlı gəlmir: “Onlar əyləncəyə daha çox meyilli olurlar. Bu səbəbdən də uşaqlarda aktivliyin bərpası, zehni inkişafı üçün kitab oxumaq, rəsm çəkmək, idmana vaxt ayırmaq kimi məşğuliyyətlər onların həyat rejiminə salınmalıdır. Yuxu rejimində, təbii ki, hər kəsin psixofiziologiyası eyni deyil. Bütün uşaqlar yatmağa meyilli olmurlar. Uşaqları yatmağa məcbur etmək lazım deyil. Günorta yuxusu uşaqlarda fərdi xarakter daşıyır. Ümumiyyətlə, uşaqlar günün birinci yarısını məktəbdə keçirdiklərinə görə günorta saatları onların qida və dincəlmə vaxtlarıdır. İkinci yarısı saat 8-ə qədər isə daha aktiv bir zaman əhatəsi hesab olunur. Buna görə də şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq onları dərslə yükləmək lazımdır. Bütünlüklə uşaqları dərslə yükləyib zehni fəaliyyətlərini dərsə yönləndirmək, onları təhsildən bezdirir, təlimə marağını azaldır. Yaxşı olardı ki, valideynlər bir müddət uşaqlarına bu aspekdən mənəvi dəstək olsunlar, uşaqlar bu istiqamətə yönələndə sərbəst və müstəqil hərəkət edə bilsinlər”. 

G.Məmmədovanın fikrincə, hər bir valideyn uşağının təfəkkür, idrak prosesinə qismən də olsa, bələddir. Valideynlərin övladlarına ayırdığı vaxtın müddəti uşaqların potensialına görə müəyyənləşir: “Əgər uşaq dərsdən yayınmırsa, uşaqda ertələmə problemi yoxdursa, sağlam şəkildə fikrini toplaya və masa arxasında rahat otura bilirsə, bu, müəyyən zaman çərçivəsində verilən tapşırıqların zamanında yekunlaşdırması ilə nəticələnir. Əgər uşaqda diqqət dağınıqlığı varsa, vaxt faktoru burada rol oynamır. Bu gün informasiya bolluğu olan bir cəmiyyətdə yaşayırıq. Bu vəziyyəti nəzərə alaraq, uşaqlara sosial şəbəkələrə müəyyən bir məhdudiyyət qoymaq, uşaqların həyata bələdləşməsi üçün hərtərəfli dəstək olmaq onların inkişafına şərait yaradır. Bu rejimlə gedən uşaqların xarakterində psixoloji dayanıqlıq olur, onlar böyük uğurlar, müvəffəqiyyətlər əldə edirlər. Rejimlər erkən uşaqlıqda sağlam sosial-emosional inkişafı dəstəkləyir, uşağın sosial və idrak bacarıqlarının inkişafına kömək edir”.

“Uşağın yuxu rejimi düzgün olmalı, evə gəldikdə istirahətə ayrılan zaman mobil cihazlarla keçməməlidir”

Pediatr Lalə Hüseynova qeyd edib ki, hazırda dərs proqramlarının həm geniş məzmunlu olması, həm də evdə öyrənmək üçün daha çox tapşırığın verilməsi uşaqların günlük vaxt bölgüsünə də təsir göstərir: “Şagirdlərin yuxu rejimini də nəzərə alsaq, onların günlük fəaliyyətinin daha düzgün qurulması baxımından məktəbə I növbə getmələri daha məqsədəuyğundur. I növbəyə gedən şagirdlər səhər saat neçədə oyanacaqlarını, dərsdən nə zaman qayıdacaqlarını, yemək vaxtını, axşam saatlarında dərsə ayıracaqları zamanı nəzərə ala bilirlər. Belə olduqda onlar vaxt bölgülərini də düzgün şəkildə qura, istirahətlərinə də zaman ayıra bilirlər. Məktəb dövründə olan uşaqlarda yuxu rejiminin axşam olmağı daha doğrudur. Məktəbə səhər saatlarında gedən uşaqların gündüz yatması doğru deyil. Belə olduqda onlar dərslərindən geri qalırlar. Qidalanma dövrü də pozulur. Günorta yatdıqlarına görə axşam yuxuları da pozulur. Bu səbəbdən uşaqların məktəbəqədər, məktəb dövründə günorta yuxu rejiminin olmamağı daha məsləhətlidir. Artıq həmin uşaqlar axşama qədər bütün dərslərini bitirir, istirahətlərini edir, yeməklərini yeyir, 9-dan sonra yuxuya gedirlər. Uşaqların ən aktiv vaxtları günün birinci və ikinci yarısı olmalıdır. Günün üçüncü yarısı isə onların yuxu saatlarıdır”. 

Onun sözlərinə görə, şagirdlər günün müəyyən saatlarında məktəbdə olduqlarından bütün diqqətləri dərsə, müəyyən fəaliyyətlərə yönəlir: “Buna görə də dərsdən gəldikdən sonra ən azı bir az dincəlməli, qidalanmalı, gün ərzində neqativ enerjilərini atmalıdırlar. Dərsləri ilə məşğul olmağa da zaman ayırmalıdırlar. Dərs üçün konkret bir vaxt seçilmir. Lakin axşam saat 8-dən sonra dərslə məşğul olmaq o qədər də qənaətbəxş deyil. Çünki beyin hüceyrələri o dövrdə zəifləməyə başlayır, qavrama ləngiyir. Belə ki, uşaqların vaxt bölgüsü düzgün deyil. Çünki uşaqlarımız yuxu rejimini düzgün qura bilmirlər. Dərsdən gəldikdən sonra televizor izləməyə, mobil cihazlarda müxtəlif oyunlar oynamağa daha çox vaxt sərf edirlər. Bu onların aktivliyini azaldır, yaddaşın zəifləməsinə gətirib çıxardır. Uşaqlar ev mühitində daha çox olur, təmiz hava almır, sağlam qidalanmırlar. Bu səbəbdən də hazırda uşaqlarda diqqət zəifliyi, qavrama geriliyi, psixi inkişaflarında ləngimə müşahidə olunur". 

Ekspert onu da qeyd edib ki, ümumiyyətlə, valideyn uşağını 6 aydan bir həkim müayinəsindən keçirməli, bədən gücünü artırmaq üçün vitaminlər verməli, paket qidalardan uzaq tutmalıdır. Uşağın yuxu rejimi düzgün olmalı, evə gəldikdə istirahətə ayrılan zamanı mobil cihazlarla keçməməlidir.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.