Bütün xəbərlər
12 mart, 15:41

Övladları şagird olan valideynlərin, adətən, ən çox düşündüyü sual bu olur: Görəsən, hansı məktəbi seçsəm, övladım harada oxusa, daha yaxşı nəticə əldə edər?

Nədənsə, seçimin çox olmasına, bütün yaşayış məntəqələrində təhsil müəssisəsinin fəaliyyət göstərməsinə baxmayaraq, valideynlərin çoxu uşağını evin yaxınlığındakı məktəbə deyil, uzaq məsafədə yerləşən təhsil müəssisələrinə göndərməyə üstünlük verir. Sanki elə düşüncə formalaşıb ki, yaxın məsafədə yerləşən məktəbdənsə uzaqda olan məktəblər şagirdləri üçün daha yaxşı təhsil mühiti yaradır. Məsələyə yanlış yanaşan valideynlər bununla uşaqlarına fayda verdiklərini düşündükləri halda, əslində, onlara ziyan verir, məktəblilərin yollarda daha çox zaman itirməsinə və nəticə etibarilə akademik fəaliyyətinin zəifləməsinə səbəb olurlar. Digər tərəfdən, şagirdlərin günün pik saatlarında məktəbə nəqliyyatla gedib-gəlməsi yollarda yaranan sıxlığı daha da artırır.

“Uşağın evinin yanında təhsil alması daha optimal seçim olar”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva “Azərbaycan müəllimi”nə bildirib ki, uşaq üçün vaxtın idarə olunması olduqca mühüm məsələ olduğundan valideyn bunu diqqətdə saxlamalıdır. Valideyn nəzərə almalıdır ki, övladı məktəbə gedərkən onun nə qədər vaxtı itkiyə gedir və bu vaxt ərzində onun enerjisi tükənir: “Buna görə də bütün uşaqların evinin yanında təhsil alması daha optimal seçim olar. Hər bir valideyn düşünməlidir ki, övladı evinin yanındakı məktəbdə təhsil alsın. Məktəbdən daha çox müəllim anlayışı diqqətdə saxlanılmalıdır. Bu məsələnin hüquqi tərəfi odur ki, valideyn övladını məktəbə qoyarkən ərazi prinsiplərinə uyğun olaraq məktəbi seçməlidir. Bu, 1-ci siniflərdə belədir. Yuxarı siniflərdə isə prinsip dəyişir. Amma yaxşı olar ki, bu prinsip digər siniflərdə də gözlənilsin”.

“Uşağın yolda itirdiyi enerji dərs prosesində də özünü göstərir”

Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, dosent Nailə Hüseynova “Azərbaycan müəllimi”nə deyib ki, valideynlər uşaqları üçün çox çətinlik yaradırlar: “Gündəlik həyatımda belə hallara tez-tez rast gəlirəm. Məsələn, Yasamal ərazisində yaşayan şəxs uşağını Əhmədlidə və yaxud “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən məktəblərdən birinə qoyub, hər gün onu maşınla aparıb-gətirir. Fikrimcə, uşağın mükəmməl təhsil almasında məktəbin yaxın və ya uzaq məsafədə yerləşməsi rol oynamır. Uşağın yaşadığı ərazidən çox uzaq məsafədə yerləşən məktəbdə təhsil alması heç də onun daha savadlı olacağı mənasına gəlmir. Bu, uşağın özünün bacarığından, inkişafından, intellektual səviyyəsindən çox  asılıdır. Belə ki, uşaq məktəbə gedərkən yolda 30-40 dəqiqə vaxt itirir. Onun yolda itirdiyi bu enerji dərs prosesində də özünü göstərir: uşaq yorulur, fikri dağılır, diqqəti yayınır. Bu da dərsdə keçirilənlərin keyfiyyətli şəkildə mənimsənilməsinə mane olur. Təhsil aldığım dövrdə məktəb evimizə yaxın məsafədə yerləşirdi. Piyada getdikdə məktəbə 10 dəqiqəyə çatırdıq. İndi isə bəzi valideynlər uşaqlarını uzaq məsafədə yerləşən məktəblərə ya avtobusla, ya da şəxsi sürücüləri ilə göndərirlər. Təbii ki, bunun tərəfdarı deyiləm”.

“Qohumum yaxınlıqdakı məktəbə gedəndən sonra təhsilə marağı artdı”

Nailə Hüseynovanın fikrincə, valideynlər uşaqlarının enerjilərini, vaxtlarının səmərəli təşkil olunmasına nəzarət etməlidirlər. Belə ki, uzaq məsafə qət etmək uşaq üçün xeyli vaxt itkisi yaradır, onun öyrənmə keyfiyyətini aşağı salır. Yolda vaxt itkisi uşağı yormaqla yanaşı, onun psixoloji gərginliyinə də səbəb olur: “Buna bir misal çəkə bilərəm. Belə ki, qardaşım oğlunu I sinfə gedərkən yeni açılmış liseylərin birinə qoymuşduq. Ətrafdakı tanışlar da uşağı həmin liseyə qoymağa təkid edirdilər. Müəssisə evdən xeyli uzaq idi. Halbuki evin yaxınında məktəblər fəaliyyət göstərirdi. O, 5-ci sinfə kimi liseydə oxudu. Lakin onun dərs oxumağı, yazı yazmağı evdə böyük  mübahisələrlə nəticələnirdi. Uşağın məntiqi təfəkkürü çox aşağı səviyyədə idi. Daha sonra qardaşım qərara gəldi ki, oğlunu həmin liseydən çıxarıb yaxın məktəblərdən birinə qoysun. Həm də liseyə getmək əlavə xərc tələb edirdi. Yaxınlıqdakı məktəbə gedəndən sonra uşağın təhsilində nəzərəçarpacaq irəliləyiş oldu, təhsilə marağı artdı. Ona görə hər zaman qeyd edirəm ki, motivasiya çox önəmli faktordur. Müəllimin yanaşması burada mühüm rol oynayır. Məktəb şəraiti, təlim-tədris mühitinin yaradılması şagirdin təhsilə marağını artırır, inkişafına yol açır. Hazırda qardaşım oğlu yüksəkixtisaslı kadr kimi cəmiyyətə töhfə verir. Yəni məktəbin uzaqda olması təhsilin də mükəmməl olacağı demək deyil. Hansı məktəbdə uşaq üçün düzgün təhsil şəraiti qurulursa, orada uşağın potensialı daha çox ortaya çıxır. Məktəb nə qədər önəmli olsa da, müəllimin peşəkarlığı əsas amildir”.

Şərhlər

Xəbər lenti

9 iyul, 09:34

BMU-nun müəllim və tələbə heyətinin Çinə səfəri başlayıb

8 iyul, 18:01

Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlanıb

8 iyul, 16:45

Qarabağ Universiteti tibbi kadr hazırlığına başlayır – Plan yerləri müəyyənləşdi

8 iyul, 16:35

MDU "Azəralüminium"la əməkdaşlığa başlayır

8 iyul, 16:31

Yüzlərlə gənc arasından seçilib nazirlikdə təcrübəyə başladılar – REPORTAJ

8 iyul, 15:58

“Sualları rahatlıqla cavablandırdım” MİQ imtahanında maksimum bal toplayan müəllim

8 iyul, 15:55

ARTİ-nin şöbə müdiri: MİQ-in elektron keçirilməsi qiymətləndirmədə insan amilini minimuma endirir

8 iyul, 14:58

“Müasir metodist” layihəsinin növbəti mərhələsi üzrə təlimlər yekunlaşıb

8 iyul, 14:58

Qabiliyyət imtahanları davam edir

8 iyul, 14:37

İngilis dili müəllimlərinin MİQ sınağı: “Bir az da çalışıb pik həddə çatacağam”

8 iyul, 14:08

Həmkarlar İttifaqının yollayışını necə almaq olar? – AÇIQLAMA

8 iyul, 13:52

Peşə mərkəzində “Azərsilah"ın əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

8 iyul, 13:47

Cazla böyüyən yeniyetmə: Musiqi təhsil yolumu daha da zənginləşdirir

8 iyul, 13:33

NDU-da üç yeni informasiya sistemi yaradılıb

8 iyul, 13:31

9 və 11-ci sinfi fərqlənmə attestası ilə bitirənlərin sayı açıqlanıb

8 iyul, 13:04

O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

8 iyul, 12:49

Bu gündən məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

8 iyul, 12:46

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib

8 iyul, 12:43

Sabahın hava proqnozu açıqlanıb

8 iyul, 12:04

MİQ-də metodika üzrə sualların çətinliyi ilə bağlı iddialara RƏSMİ MÜNASİBƏT 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.