Bütün xəbərlər
20 iyun, 11:30

İmtahanda yüksək nəticə göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin müəllimləri də öz sevinclərini və həyəcanlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. 

“Cəmi 1 balla hədəfdən yayındım”

İlk olaraq 10 ildir ki, əmək fəaliyyətinə başlayan Günay Məmmədli ilə söhbət edirik. O, Şərqi Zəngəzur üzrə azad olunmuş ərazilərdən imtahana qoşulan ilk müəllimdir. Cəbrayıl şəhəri M.Mehdizadə adına tam orta məktəbdə fəaliyyət göstərir. 

"Təkcə ona görə sevincli deyiləm ki, sertifikasiya imtanında yüksək nəticə əldə etmişəm. Həm də illərdir ki, həsrətini çəkdiyimiz, arzularını qurduğumuz torpaqlarda dərs deyirəm. Dövrün tələblərinə cavab verən, öz üzərində işləyən insanlar həmişə uğur qazanırlar. Adətən, yüksək nəticə insanı arxayınlaşdırır. Amma mən elə olmayacağam. Hədəfim 60 bal idi, az balla hədəfdən yayındım".

Laçın rayonunun Museyib Museyibov adına Bozlu kənd tam orta məktəbinin cografiya müəllimi olan Aytac İmanova da sertifikatlaşdırma imtahanında ilk dəfə iştirak edir. 

"5 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm, imtahanda 59 bal topladım. Bir müəllim kimi fikirləşirəm ki, sertifikatlaşdırma imtahanı mütəmadi olaraq öz üzərimizdə çalışmağımıza kömək edir. Hazırlıq müddətində həm dərsliklərdən, həm də əlavə vəsaitlərdən - xəritələrdən, müxtəlif müəlliflərin test tapşırıqlarından istifadə etmişəm. Çətin suallar yetərli qədər idi, amma işini bilən şəxs üçün bu çətinlik problem yarada bilməz. İmtahanda çətin sualların olmasını çox normal qəbul edirəm, çünki belə suallarla imtahan verənləri bir-birindən fərqləndirmək olur. Bu, müəllimləri oz ixtisasında daha da irəliləməyə sövq edir. Bundan başqa, müəllimlər peşəkar inkişafı üçün lazım olan boşluqları müəyyən edə bilirlər. Buna görə də sadəcə oxumaq, çalışmaq lazımdır".

Növbəti yüksək nəticə göstərən Səbinə İmanova 2015-ci ildən Laçın rayonu Şahin Abbasov adına Ərikli kənd ümumi orta məktəbində işləyir. 

O da imtahanda ilk dəfə iştirak edənlərdəndir. 

59 bal toplayan Səbinə müəllim deyir ki, imtahan bilik və bacarığının müəyyən səviyyədə olduğunu təsdiq etdi, maaşının artırılmasına imkan verir: “Sertifikatlaşdırma diferensial əməkhaqqı sisteminin tətbiqinə, uyğun əməkhaqqı artımı və sosial rifahın yüksəldilməsinə imkan yaradır. Sertifikatlaşdırmanın verdiyi bu imkanlardan, məncə, müəllimlər istifadə etməlidirlər”. 

Rəşad Əzizli Qubadlı rayonu İsa Məmmədov adına Aşağı Mollu kəndə tam orta məktəbin coğrafiya müəllimidir. 8 ildir ki, fəaliyyət göstərən Rəşad müəllim də imtahanda ilk dəfə iştirak edir. O, imtahanda 59 bal toplayıb. Rəşad müəllim nəticəsinin istədiyi kimi olduğunu və hazırlıq müddətinin uzun çəkmədiyini bildirir.

Özünüinkişafı dəstəkləyən Rəşad Əzizli düşünür ki, valideyn səriştəli müəllimə daha çox inam bəsləyir: 

“Hər bir valideyn gələcəkdə övladının uğurlu, savadlı şəxs kimi yetişməsini arzu edir. Müəllim bu prosesdə mühüm rol oynayır. Bunun üçün onun çox səriştəli, bilikli olması vacibdir. Bu baxımdan biz maksimum çalışmalıyıq ki, şagirdlərə daha səriştəli müəllimlərin dərs keçməsini təmin edək. Məncə, sertifikatlaşdırma bu baxımdan ən gözəl vasitələrdən biridir”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.