
Artıq iki ildir ki, Sosial Xidmətlər Agentliyi (SXA) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əməkdaşlıq çərçivəsində məktəblərdə sosial iş aparır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin yaradılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, ötən iki il ərzində 945 ümumtəhsil müəssisəsinə baş çəkilib. Bu məktəblərdə sosial həssas qruplara aid uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər aparılıb. Nəticədə 1 752 risk qrupuna daxil olan uşaq aşkarlanıb.
Vüqar Behbudov əlavə edib ki, bununla yanaşı, Bakı və regionlarda 90-dan çox məktəbdə maarifləndirmə tədbirləri həyata keçirilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər