Bütün xəbərlər
29 may, 12:53

Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin məzunları 33 ildən sonra yenidən bir araya gələrək, doğma məktəblərini ziyarət ediblər. Həmin məzunlar arasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da olub. O, sosial şəbəkə hesabında görüş barədə təəssüratlarını qeyd edib. Həmin paylaşımı təqdim edirik:

Doğma insanlarla doğma məktəbdə…

“İnsan həyatı, əslində, yaddaqalan anlardan və günlərdən ibarətdir”, - deyirlər. Doğma və unudulmaz Xaldan kənd kompleks tam orta məktəbində olmaq, 33 illik zaman ayrılığından sonra doğma məkanda doğma insanlarla görüşmək hər birimiz üçün xoş oldu. Sinfimizdə – riyaziyyat müəllimimiz Almaz xanımın sinfində hərə öz yerində əyləşdi. Kim öz yerini unutmuşdusa, Almaz müəllim hər kəsin yerini dəqiqliklə xatırlatdı. Artıq təqaüddə olsa da, daha bir DƏRS keçdi bizə – unutmamaq dərsi…

Əslində Xaldan məktəbində hər dərsi ayrı-ayrı fənn kabinetində keçdiyimiz üçün bəzən fənnə görə yerlərimiz dəyişirdi. Ancaq dəyişməyən müəllim məsuliyyətini və sevgisini, öyrətmək və öyrənmək həvəsini, bütün resurslardan istifadə imkanlarını, sözün həqiqi mənasında uşaqları həyata hazırlamaq qayəsini, keçmiş sovetlər çərçivəsindən kənar səmimi müəllim-şagird münasibətlərini də unutmamışıq, unuda bilmərik.

Tarix müəllimimiz Nailə xanım da özünəməxsus təmkini və müdrikliyi ilə ötən zamanın və tarixin insanın qazandığı uğurlarla dəyərli olduğunu incə şəkildə anlatdı şagirdlərinə.

Zamanında dünyaca məşhur olan, "MƏKTƏBLƏR MƏKTƏBİ" kimi qəbul edilən Xaldan məktəbinin bugünkü durumu, əsaslı təmir və yenidənqurmadan sonrakı həyatı da olduqca ürəkaçandır. Məktəb direktoru Günel xanım da uğurlu rəhbərliyi, liderlik keyfiyyəti və yüksək təşkilatçılıq səriştəsi ilə diqqət çəkir. Bütün bunlar Xaldan məktəbini doğma övladı qədər sevən, bu təhsil ocağını öz əlləri və fitrətindəki müəllimlik sevgisi ilə qurub-yaratmış Əməkdar müəllim Zahid Şöyübovun da ruhunun şad olduğuna əminlik yaratdı hər birimizdə. 

Xaldan məktəbinin yenə öncüllərdən olduğunu – bu il lX siniflərin buraxılış nəticələrinə görə Yevlax rayonunda ilk üçlükdə qərarlaşdığını, rayon üzrə ən yüksək nəticəni də Xaldan məktəblisinin göstərdiyini eşitmək xoş oldu hər birimizə. Məhz belə məktəblərin və pedaqoji kollektivlərin əməyi sayəsində təhsilin ictimai dəyəri artır, müəllim nüfuzu yüksəlir, məktəb və icma arasındakı etimad mühiti möhkəmlənir.

Saatlarla bir yerdə olsaq da, bu müddət bir 45 dəqiqə kimi keçdi, nə söhbətlər bitdi, nə də xoş və unudulmaz xatirələr. Bütün müəllimlərimizi, dostlarımızı xatırladıq, dərslərdəki yaddaqalan məqamlardan, sözün bütün mənalarında aldığımız dərslərdən danışdıq. Düşünürəm ki, doğma məktəbimizdən, doğma müəllimlərimizdən, əziz dostlarımızdan daha bir dərs aldıq, ruhən saflaşdıq, durulduq, yenidən keçmişə və gələcəyə fərqli gözlə baxmağı öyrəndik. Növbəti dərslərdə görüşmək ümidi ilə…

1 /15

Şərhlər

Xəbər lenti

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.