Bütün xəbərlər
19 avqust, 10:30

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yalnız yerli deyil, həm də xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq hazırda 12 nəfər Türkiyənin Antalya şəhərində təcrübə keçir.

Bu barədə “Azərbaycan müəllimi”nə mərkəzin direktoru Qalib Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, tələbələrin istehsalat təcrübəsinin təşkili məqsədilə əməkdaşlıqlarını ildən-ilə genişləndirirlər. Artıq bir müddətdir ki, mərkəz bu istiqamətdə xarici şirkətlərlə əməkdaşlıqlara başlayıb: “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yalnız ölkə daxilində deyil, ölkə xaricində fəaliyyət göstərən şirktlərlə də əməkdaşlıq edərək tələbələrinin ayrı-ayrı ölkələrdə təcrübə keçməsinə şərait yaradır. Məsələn, Türkiyə ilə artıq 3 ildən çoxdur ki, əlaqələrimiz davam edir. Hər dərs ilinin II tədris dövründə əməkdaşlıq etdiyimiz Türkiyə şirkətlərinin nümayəndələrini dəvət edirik. Onlar Türkiyənin tanınmış 5 ulduzlu hotelləridir. Gəlib müəssisədə turizm istiqamətində təhsil alan tələbələrimizi müsahibə edirlər”.

Qalib Nəbiyev əlavə edib ki, qiymətləndirmə prosesinə yalnız Türkiyədə təcrübə keçmək arzusunda olan tələbələr cəlb olunur: “Tələbələr könüllülük prinsipi əsasında seçilir. Müsahibələrin nəicələrinə görə seçilən tələbələr Türkiyənin turizmin inkişaf etdiyi bölgələrində – Antalya, İstanbul, İzmir və başqa şəhərlərdə fəaliyyət göstərən hotellərdə istehsalat təcrübəsi keçmək və çalışmaq imkanı əldə edirlər”.

Mərkəz direktoru belə əməkdaşlıqların gözlənilən nəticələrindən də danışıb: “Bu imkan yalnız peşəkar iş mühitinə təsir etmir, həm də tələbələrimizin maddi durumlarına təsir edir. Belə ki, tələbələrimizin  nəqliyyat, qidalanma, gecələmə, sığorta və digər izafi xərcləri tərəfdaş  şirkət tərəfindən təmin edilir. Onlarla rəsmi işçi kimi müqavilə imzalanır, müddətli iş oturumu verilir və hər ay bank hesablarına 700 ABŞ dolları qədər əməkhaqqı ödənilir”. 

Qalib Nəbiyev əlavə edib ki, tələbələrin xaricdə istehsalat təcrübəsi tam nəzarətləri altında davam edir: “Onların izlənilməsi prosesi həyata keçirilir. Həftəlik, aylıq hesabatlar təqdim olunur, istehsalat təcrübəsi dövründə tərtib olunan hesabat, qeydiyyat formaları və  təqdimatları bizə göndərilir. Çünki sonda tələbələrimiz qiymətləndirilərkən həmin sənədlər nəzərə alınır və onlara sertifikatlar verilir”.

1 /3

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.