Bütün xəbərlər
10 yanvar, 17:42

“Xarici dil sahəsində fənn kurikulumunun təkmilləşdirmə işləri davam edir. Artıq bu prosesi başa çatdırmışıq və cari kurikulum ilə yeni hazırladığımız kurikulum arasında əhəmiyyətli fərqlər mövcuddur. Məzun xətləri ilə bağlı isə hər hansı bir dəyişiklik edilməyib”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsil İnstitutunun Xarici dil fənn kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü Günay Nadirova deyib.

O bildirib ki, indiyə qədərki cari kurikulumda müəyyən bir məzun xətti daxilində yalnız bir standart və bir alt standart mövcud idi: 

“Yeni hazırladığımız kurikulumda isə bir neçə standart öz əksini tapıb və hər bir standart bir neçə alt standarta bölünüb. Bu yanaşma dilin daha detallı və effektiv öyrənilməsinə böyük töhfə verəcək”.

Günay Nadirova qeyd edib ki, bu yeniliklər ictimai müzakirədən keçdikdən sonra daha geniş şəkildə tətbiq olunacaq və şagirdlərin dil bacarıqlarının inkişafına ciddi təsir göstərəcək:

“Belə deyək, bu sənədin hazırlanmasında CFR-dən (Common European Framework of Reference - Ümumi Avropa İstinad Çərçivəsi) istifadə edilib. Bu, Avropa çərçivəsidir və bütün Avropa dillərinin öyrənilməsini əhatə edir. Yeni proqramda dilin öyrənilməsi prosesində hansı məqamlara toxunulmalı olduğu barədə göstərişlər yer alır”.

Müəllif əlavə edib ki, CFR-in üstünlüyü ondadır ki, hər bir alt standart dəqiq müəyyən edilir. Əvvəllər bəzi alt standartların ölçülməsi ilə bağlı çətinliklər mövcud idisə, indi bu çətinliklər aradan qaldırılıb. Yeni sənəddə hər bir alt standart ölçüləbilən formada hazırlanıb ki, bu da dil öyrənmə prosesini daha effektiv və məqsədyönlü edir.

“Məktəblərimizdə şagirdlər birinci sinifdən Pre-A1 səviyyəsi ilə başlayırlar və 11-ci sinfi B1 səviyyəsi ilə bitirirlər. Yeni hazırlanan sənəddə hər bir alt standart üçün detallı izahlar verilib”, – deyə o əlavə edib.

İşçi qrupun üzv deyib ki, müəllimlər üçün bu alt standartların necə həyata keçirilə biləcəyi, onların reallaşdırılması üçün hansı üsullardan istifadənin vacib olduğu kimi məsələlər sənəddə dəqiq şəkildə izah edilib. Bu yanaşma sayəsində təlim nəticələrinə necə nail olunacağı və bu nəticələrin necə ölçüləcəyi də tam şəkildə müəyyən edilib. Bu da həm müəllimlərimizə, həm də tədris prosesinə böyük dəstək verəcək.

Onun sözlərinə görə, təkmilləşdirilmiş kurikulum elə hazırlanıb ki, artıq dərslik və ya digər dərs vəsaitləri olmadan da, yalnız standartlardan istifadə etməklə müəllim tədrisi həyata keçirə bilər.

Şərhlər

Xəbər lenti

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.