Bütün xəbərlər
2 aprel, 14:00

Məktəb mühitində uşaqlara qarşı düzgün davranış onların psixoloji, emosional və akademik inkişafına böyük təsir göstərir. Müəllim-valideynin səmərəli əməkdaşlığı uşağın gələcəklə bağlı hədəflərini daha dəqiq müəyyən edir, onun təhsilə marağının artmasına şərait yaradır. Bəs yeniyetməlik dövründə valideyn uşağı dərsə necə həvəsləndirməli və onun qiymətlərinə necə reaksiya verməlidir?

“Valideynlər sərt nəzarəti birbaşa hiss etdirməməlidirlər”

Uşaq və yeniyetmə psixoloqu Gülər Xəlilova “Azərbaycan müəllimi”nə deyib ki, yeniyetmələrin həyatında dostlar böyük rol oynayır, sosial mühitdə özlərini qəbul edilmiş hiss etmək onların ən vacib ehtiyaclarından birinə çevrilir: “Onlar dostlarından təcrid olunmamaq üçün hər cür davranış göstərə bilərlər. Buna görə də valideynlər onların dostları ilə maraqlanmalı, ünsiyyətə açıq olmalı və sərt nəzarəti birbaşa hiss etdirməməlidirlər. Yeniyetmələr öz dünyalarına qapılmaq, tək qalmaq, xəyala dalmaq istəyə bilərlər. Bu zaman valideynlər onların bu hissinə hörmət etməli, lazımsız müdaxilələrdən çəkinməlidirlər. Yeniyetmələrin yuxuya olan ehtiyacı artır, buna görə də valideynlər onların keyfiyyətli yuxu almasını təmin etməlidirlər. Həmçinin onların enerjisini faydalı fəaliyyətlərə yönəltmək üçün fiziki aktivliyə təşviq vacibdir”.

Psixoloqun sözlərinə görə, yeniyetməlik dövrü həm uşaqlar, həm də valideynlər üçün çətin və həssas bir mərhələdir. Bu dövrdə uşaqlar nə tam olaraq uşaq, nə də müstəqil yetkindirlər: “Hormonal və fizioloji dəyişikliklər onların emosional və psixi vəziyyətinə təsir edir, aqressiyanı artırır və valideynlərlə ünsiyyətdə problemlər yaradır. Yeniyetmələr daha çox müstəqil olmaq istəyir, nəzarət və idarəetməyə qarşı çıxırlar. ABŞ neyrobioloqu Antonio Damasio araşdırmalarında göstərib ki, yeniyetməlik dövründə beynin prefrontal korteksi – məntiq və analizə cavabdeh olan hissəsi zəifləyir. Bu səbəbdən yeniyetmələrdə məntiqi düşünmə və analiz qabiliyyəti aşağı düşür, onlarla dərin və məntiqi söhbətlər aparmaq çətinləşir. Bu halda valideynlər onlara duyğusal yanaşmalı, emosional ünsiyyət qurmağa çalışmalıdırlar”.
Yeniyetməlik dövründə uşaqların dərslərə marağının azaldığını, əyləncəyə və dostları ilə vaxt keçirməyə daha çox üstünlük verdiyini vurğulayan G.Xəlilova əlavə edib ki, bu, valideynlərin qarşılaşdığı ən böyük problemlərdən birinə çevrilir. Yeniyetmələr dərs oxumağa maraq göstərmədikləri üçün valideynlər onları motivasiya etməyin yollarını tapmalıdırlar: “Onlara “Sən hələ uşaqsan” mesajı vermək əvəzinə, müəyyən məsuliyyətlər yükləmək və özlərini yetkin hiss etmələrinə imkan yaratmaq lazımdır. Dostluq motivasiya üçün bir vasitə ola bilər. Dərslərini yaxşı oxuduqda dostları ilə görüşməyə şərait yaratmaq yeniyetməni həvəsləndirə bilər. Valideynlər onların maraqlarını nəzərə almalı və onlarla bu mövzularda söhbətlər etməlidirlər. Bununla yanaşı, yeniyetmələrin təhsil aldığı mühiti və dost çevrəsini düzgün seçmək də vacibdir”.

“Qiymət hər zaman uşağın biliyinin tam göstəricisi olmur”
G.Xəlilova qeyd edib ki, valideynlərin ən çox etdiyi səhvlərdən biri uşaqların qiymətlərini onların bilik səviyyəsi ilə birmənalı şəkildə əlaqələndirməkdir. Lakin uşaq psixologiyasında bu yanaşma yanlış hesab edilir: “Belə ki, qiymət hər zaman uşağın biliyinin tam göstəricisi olmur. Valideynlər uşaqlarını başqaları ilə müqayisə etməkdən çəkinməli və onların biliyinə, öyrəndiklərinə diqqət yetirməlidirlər. Bunun üçün məktəb proqramından xəbərdar olmaq, uşağın dərs rejimini düzgün planlaşdırmaq və ona vaxtın düzdün idarə edilməsini öyrətmək vacibdir. Valideynlər uşaqlarını məcburi şəkildə yüksək qiymət almağa vadar etmək əvəzinə onların maraq göstərdikləri fənlərə diqqət ayıraraq bu sahədə inkişaf etmələrinə dəstək olmalıdırlar. Bütün fənlərdən eyni dərəcədə yüksək nəticə gözləmək yerinə onların güclü tərəflərini önə çıxarmaq daha faydalıdır”.

“Düzgün ünsiyyət həm uşaqların sosial inkişafına, həm də təhsildə uğurlarına müsbət təsir edər”

Psixoloq müəllimlərin yeniyetmələrlə işləyərkən onların psixoloji xüsusiyyətlərini nəzərə almalı olduğunu qeyd edib. Yeniyetmələr özlərini yetkin hiss etdikləri üçün dərs zamanı yaşıdlarının qarşısında danlanmaqdan, alçaldılmaqdan və ya təhqir olunmaqdan çəkinirlər: “Onlarla daha fərdi yanaşma tətbiq edilməli, neqativ tənqid yerinə motivasiyaedici üslub seçilməlidir. Müəllimlər onların problemləri ilə maraqlanmalı, dəstək göstərməli və hər zaman arxalarında olduqlarını hiss etdirməlidirlər. Yeniyetmələrin psixologiyasını nəzərə alaraq düzgün ünsiyyət qurmaq həm onların sosial inkişafına, həm də təhsildə uğurlarına müsbət təsir edə bilər.

Beləliklə, yeniyetməlik dövrü emosional və sosial dəyişikliklərlə müşayiət olunan mürəkkəb bir prosesdir. Valideynlər və müəllimlər bu dövrdə səbirli, anlayışlı və dəstəkləyici olmalıdırlar. Yeniyetmələrin özlərini ifadə etmələrinə imkan yaratmaq, onlara hörmət göstərmək və maraqlarına uyğun yanaşmaq onların sağlam inkişafına kömək edəcək əsas amillərdəndir”.

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.