Bütün xəbərlər
17 oktyabr, 14:41

Oktyabrın 16-da "Nature" jurnalında dərc edilən iki yeni tədqiqat planetimizdəki meteoritlərin mənşəyinə dair əhəmiyyətli kəşfləri üzə çıxarıb.

Araşdırmalar göstərir ki, Yer kürəsində tapılan meteoritlərin təxminən 70%-i Mars və Yupiter arasındakı asteroid qurşağında baş verən bir neçə nəhəng toqquşma ilə əlaqədardır. Bu toqquşmaların ən qədimi təxminən 470 milyon il əvvəl baş vermiş kataklizmik (dağıdıcı, böyük təsir dairəsinə malik təbiət hadisəsi) hadisəyə aiddir.

Bu kəşf Günəş sisteminin formalaşmasının erkən mərhələlərinə dair yeni və daha dərin məlumatlar təqdim edir.

Tədqiqatçılar L-xondritlər adlanan daşlı meteoritlərin Massalia ailəsi adlı asteroid qrupundan gəldiyini müəyyən ediblər.

NASA-nın Havaydakı İnfraqırmızı Teleskop Mexanizmi ilə aparılan araşdırmalar asteroidlərin mineral tərkibini analiz edərək, onları L-xondritlərin xüsusiyyətləri ilə müqayisə edib.

Bununla yanaşı, alimlər asteroidlərin təxminən 500 milyon il əvvəl nəhəng toqquşmadan sonra formalaşdığını aşkar ediblər və bu təsirin L-xondritlərini meydana gətirdiyini hesab edirlər.

Bu asteroid ailəsinin daxilindəki bəzi asteroidlər 140 kilometr uzunluğundadır və onların ölçüləri L-xondritlərin ana gövdəsinin ölçüsü ilə eynilik təşkil edir.

Tədqiqatçılar qeyd edir ki, Yerdəki meteoritlərin mənşəyini dəqiq bilmək Günəş sisteminin təkamülünü anlamağa kömək edir. Belə ki, Çilinin Santyaqo şəhərindəki Avropa Cənub Rəsədxanasının astronomu və hər iki tədqiqatın müəllifi Mixael Marset bu kəşfin əhəmiyyətini vurğulayaraq qeyd edir ki, heç şübhəsiz bu tapıntılar Günəş sisteminin tədqiqi ilə bağlı mühüm elmi nəticələrə gətirib çıxara bilər.

Sözügedən tədqiqat, həmçinin digər meteorit siniflərinin mənşəyini də araşdırıb. Belə ki, H-xondritləri adlanan digər bir meteorit sinfinin isə fərqli təsir hadisələrindən qaynaqlandığı məlum olub. Elm adamları onların formalaşmasını 7,6 milyon il əvvəl "Koronis 2" asteroid ailəsi ilə əlaqələndirirlər.

Bu toqquşmaların nəticəsində yaranan meteoritlər müəyyən dövr ərzində Yer kürəsinə düşüb və Günəş sisteminin erkən dövründəki hadisələrin izlərini özündə daşıyır.

Meteoritlərin mənşəyini öyrənmək tədqiqatçılara qədim kosmik prosesləri yenidən canlandırmağa və Günəş sisteminin necə formalaşdığı barədə dərin anlayış əldə etməyə kömək edir. Bununla belə, tədqiqatçılar mövcud meteorit kolleksiyasının asteroid qurşağının yalnız bir neçə obyektinə daha çox bağlı olmasından narahatdırlar.

London Təbiət Tarixi Muzeyinin planetoloqu Sara Russell bu məlumatları bilməyin tədqiqatçılar üçün çox dəyərli olduğunu vurğulayaraq qeyd edir ki, hər bir meteorit kosmosun dərinliklərindən gələn bir tapmaca parçasıdır.

Alimlər daha çox məlumat əldə etmək üçün kosmos missiyalarına ümid edirlər. Onlar hesab edirlər ki, bu qədim qayalıq arxivləri Yer səthində tapmaqdan daha səmərəli yolla öyrənmək üçün asteroid qurşağını özləri araşdırmalıdırlar.

Bu araşdırmalar da, öz növbəsində, Günəş sisteminin erkən tarixini və planetlərin necə formalaşdığını daha hərtərəfli anlamaq üçün vacib bir addım ola bilər.

Mənbə: sciencenews.org/article/origins-earths-meteorites-found

Şərhlər

Xəbər lenti

15 sentyabr, 14:48

MDU 20 tələbəyə birdəfəlik təqaüd ayırıb

15 sentyabr, 14:40

“NEQSOL Holding Azərbaycan” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 13:01

Məleykə Abbaszadə "Bilik günü" münasibətilə təbrik ünvanlayıb

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.