
“Yüksəliş” müsabiqəsi yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərinin hazırlanması üçün unikal platformadır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. O bildirib ki, innovativ iqtisadiyyatın tələbatına cavab verə biləcək kadr potensialının formalaşdırılması, ölkədə liderlik potensialının və peşəkarlığın artırılması gələcək ictimai inkişafın yeni keyfiyyət mərhələsini səciyyələndirəcək.
“Bu baxımdan “Yüksəliş” müsabiqəsi istedadlı və idarəetmə bacarığı olan şəxslərin üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi ilə bu prosesə mühüm töhfə verir”, – deyə nazir qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər