Bütün xəbərlər
23 dekabr, 11:59

Cari ilin oktyabrın 12-dən Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Zəfər yolu – elmin və biliyin gücü” adlı layihənin icrasını təmin etmək məqsədilə altımərhələli intellektual bilik yarışının final mərhələsi dekabrın 21-də keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, dekabrın 7-də yarışın yarımfinal mərhələsi keçirilib, Abşeron rayonunun 1, 5 və 7 nömrəli tam orta məktəblərini təmsil edən komandalar yarımfinala çıxıblar. Dekabrın 21-də keçirilən yarışın final mərhələsində həmin komandalar bilikləri ilə qələbə uğrunda mübarizə aparıblar. Qalib Abşeron rayonu 1 nömrəli tam orta məktəbi təmsil edən “Abşeronun dahi abituriyentləri” komandası olub.

Finalda bütün komanda üzvlərinə təşəkkürnamə və hədiyyələr, qalib komandaya isə kubok və xüsusi hədiyyələr verilib. 

Onu da qeyd edək ki, tədbirdə Abşeron rayonu 5 nömrəli tam orta məktəbin direktoru Vüsal Süleymanov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektoru üzrə əməkdaşı, şəhid baş leytenant Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə, Vətən müharibəsi qəhrəmanı, şəhid Veysəl Musibovun anası Səməngül Musibova, birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Edik Quliyevin qızı Turanə Quliyeva, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin hərbi müəllimi, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Rövşən Quliyev, ll Qarabağ müharibəsi iştirakçısı, polkovnik Nəsib Əhmədov, ll Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Ayaz Qasımovll Qarabağ müharibəsi iştirakçısı, qazi Elvin Rəsulov, Yasamal rayon 13 nömrəli tam orta məktəbin müəllimi Vəfa Rəhimova və 83 nömrəli məktəb-liseyin müəllimi, yarışda istifadə edilmiş sualların tərtibatçısı Kəmalə İslam yüksək səviyyədə həyata keçirilmiş layihənin əhəmiyyətindən danışaraq, şagirdlərin biliyinə, Vətən müharibəsi iştirakçılarına və onların ailələrinə göstərdikləri xüsusi diqqətə görə zəhməti olan hər kəsə təşəkkürlərini bildirib, uğurlar arzulayıblar.

Tədbir Xırdalan şəhər 11 nömrəli musiqi məktəbinin istedadlı yeniyetmələrinin bir-birindən gözəl ifaları ilə başa çatıb.

Xatırladaq ki, layihənin rəhbəri Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Jalə Qasımovadır.

Tural Quluzadə

1 /20

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.