Bütün xəbərlər
14 aprel, 18:45

Müasir dövrün çağırışlarına cavab verən, texnologiya və elm yönümlü düşüncə tərzi ilə seçilən gənclər təkcə iri şəhərlərdə deyil, bölgələrdə də yetişir. Onlar məqsədlərinə doğru səbirlə, məsuliyyətlə irəliləyirlər. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyan Məhəmməd İsmayılov, Orxan Abdulsəmədli və Ömər Rəsulov kimi şagirdlər bu gün təkcə öz məktəblərinin deyil, bir regionun uğur simasına çevriliblər.

Repetitorsuz maksimum nəticə

Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Məhəmməd İsmayılov martın 2-də keçirilmiş buraxılış imtahanında maksimal nəticəni repetitor dəstəyi olmadan əldə edib.

“Bu nəticəni liseydəki müəllimlərimin dəstəyi ilə əldə etmişəm. Azərbaycan dili və ədəbiyyat müəllimim Nəzakət Əhədova, ingilis dili müəllimim Mədinə Muradlı və riyaziyyat müəllimim Rəvanə Məmmədova ilə sistemli şəkildə çalışdıq. Onların hər birinin əməyi danılmazdır”, – deyə Məhəmməd bildirir.

Məhəmməd liseyə VII sinifdə qəbul olub və IX, X və XI siniflərdə kimya fənni üzrə Respublika fənn olimpiadalarının final turuna vəsiqə qazanıb. VII sinifdə Respublika fənn müsabiqəsində bürünc medal qazanıb, IX sinifdə Naqif Nəbiyev adına fizika olimpiadasının finalına çıxıb. VIII və IX siniflərdə SASMO və AMO beynəlxalq riyaziyyat olimpiadalarında müvafiq olaraq gümüş və qızıl medal əldə edib.

“Məktəbimizin direktoru Elmir Məmmədəliyev hər zaman mənə inanıb və bu nəticəni gözlədiyini dəfələrlə deyib. Bu inam mənə əlavə güc verirdi”.

Məhəmmədin hədəfi Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə ingilis dilində təhsil almaqdır. “Uğur sistemli çalışmaqla əldə edilir. Mənim günüm konkret qrafiklə qurulub. Dərs və istirahət arasındakı tarazlığı qorumağa çalışıram,” – deyə əlavə edir.

“Hobbilər faydalıdır, amma diqqəti onlarla yayındırmamaq lazımdır”

Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Orxan Abdulsəmədli 2021-ci ildə fizika fənni üzrə Respublika fənn müsabiqəsinin gümüş medalçısıdır. Bundan əlavə, bir neçə dəfə Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb, müxtəlif kurs imtahanlarında yüksək nəticə göstərib.

“Qəbul imtahanlarına müəllimlərimin tapşırıqları əsasında hazırlaşıram. Onların inamı mənə motivasiya verir. Hər sınaq imtahanına sanki real imtahandır kimi yanaşırdım”.

Şahmat və futbol onun üçün həm istirahət vasitəsi, həm də zehni çeviklik mənbəyidir. Orxanın gələcək planı həkim olmaqdır.

“Məktəbdə verilən təməl çox önəmlidir. Uğur təkcə saatlarla oxumaqla yox, sistemli və məqsədli çalışma ilə əldə edilir. Hobbilər faydalıdır, amma diqqəti onlarla yayındırmamaq lazımdır”.

“Planlı şəkildə işləmək, sosial şəbəkələrin aludəçisi olmamaq uğurun açarıdır”

Qəbələ rayon Qafur Şərifov adına Uludaş kənd tam orta məktəbinin XI sinif şagirdi Ömər Rəsulov da Şəki-Zaqatala bölgəsinin məqsədyönlü gənclərindəndir. ADA və ya Bakı Ali Neft Məktəbində oxumaq niyyətində olan Ömər ali təhsilini informasiya təhlükəsizliyi sahəsi üzrə almaq istəyir.

Ömər olimpiadalarda medal qazanmasa da, illərlə Respublika fənn olimpiadalarında fərqli fənlər üzrə iştirak edib.

“Hər dəfə iştirak etmək mənim üçün təcrübə idi. Medal olmasa da, hər dəfə yeni bilik qazandım. Özümə söz vermişdim ki, istəyimə çatacağam”.

Özünün abituriyentlərə məsləhəti isə sadə və qətiyyətlidir:

“Əsas məsələ dərs oxuyarkən sırf ona fokuslanmaqdır. Çox oxumaq yox, keyfiyyətli oxumaq lazımdır. Planlı şəkildə işləmək, sosial şəbəkələrin aludəçisi olmamaq uğurun açarıdır. Mənim heç bir sosial şəbəkə hesabım yoxdur – bu da bir seçimdir”.

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.