4 müəllim 60 bal topladı - Aralarında kənd müəllimi də var
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarının I seansında ən yüksək nəticə göstərən müəllimlər müəyyənləşib.
Belə ki, bir qrup müəllim maksimum nəticə — 60 bal toplayaraq imtahanda ən yüksək göstəriciyə nail olub. Bu nəticə onların həm ixtisas biliklərinin, həm də tədris metodikası üzrə hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.
Maksimum nəticə əldə edən müəllimlər aşağıdakılardır:
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İlhamə Fərzəliyeva;
Sədərək rayon Sədərək kənd tam orta məktəbin ingilis dili müəllimi Məhnurə Qarayeva;
Babək rayon Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əfruz Quliyeva;
Babək rayon Şərabad kənd tam orta məktəbin ingilis dili müəllimi Xatirə Əhmədova.



