5 fənn üzrə kurikulum təkmilləşdirilərək təsdiqlənib
5 fənn (Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika, informatika fənləri) üzrə təhsil proqramı (kurikulumu) təkmilləşdirilərək 2025-ci ildə təsdiq edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, ümumi təhsil müəssisələri üçün 49 adda (44 adda yeni hazırlanmış, 5 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb. Bununla yanaşı, ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 302 adda 6 863 600 nüsxə dərsliyin çapı yekunlaşdırılaraq məktəblərə çatdırılıb.
Ümumi təhsil pilləsində tədrisin təşkili üçün 20 adda tədris planı hazırlanaraq təsdiq olunub.


