5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Respublika və beynəlxalq olimpiadalarda qazandığı uğurlarla fərqlənən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin məzunu Yaqub Baratlı ali təhsilini Qarabağ Universitetində davam etdirmək qərarı verib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Yaqub Baratlı son beş il ərzində kimya fənni üzrə həm ölkə daxilində, həm də beynəlxalq arenada mühüm nailiyyətlər əldə edib. O, 2022-ci ildə Respublika fənn müsabiqəsində gümüş, 2023-cü ildə Respublika fənn olimpiadasında bürünc, 2024, 2025 və 2026-cı illərdə isə Respublika fənn olimpiadalarında ardıcıl olaraq qızıl medallara layiq görülüb.
Gənc olimpiadaçı beynəlxalq yarışlarda da Azərbaycanı uğurla təmsil edib. O, 2024-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) bürünc, 2026-cı ildə Rusiyanın Moskva şəhərində təşkil olunan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (IMChO) bürünc, eləcə də Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş medal qazanıb.
Qazandığı uğurlardan sonra ali təhsil seçimini Qarabağ Universitetindən edən Yaqub Baratlı bu ali təhsil müəssisəsində kimya sahəsində bilik və bacarıqlarını daha da inkişaf etdirməyi hədəfləyir.




