690,2 və 667 bal: Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu
Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11 "a" sinfində təhsil alan bacı-qardaş Mursaquliyeva İnci və Mursaquliyev Həmid bu il yüksək nəticə göstərərək tələbə adını qazanıblar.
Bu barədə “Azərbaycan müəllimi”nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bacı-qardaş olmaqla yanaşı, sinif yoldaşı olan İnci və Həmid eyni ildə Azərbaycan Tibb Universitetinin "Tibb" fakültəsinə qəbul olunublar.
Qəbul imtahanında Mursaquliyeva İnci 690,2 bal, Mursaquliyev Həmid isə 667 bal toplayıb.




