700 bal toplayan Sumqayıt məktəblisi Azərbaycan Tibb Universitetində oxuyacaq
Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə göstərərək, 700 bal toplayan Sumqayıt məktəblisi Samir Hikmət oğlu Tağızadə Azərbaycan Tibb Universitetini (ATU) seçib.
Universitetdən "Azərbaycan müəllimi"nə bidirilib ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan S.Tağızadə ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasında təhsil alacaq.




