73 mindən çox müəllim sertifikatlaşdırmadan sonra əməkhaqqısını artımla alır
2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 19 681, uğur qazanan isə 16 587 nəfər olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.


