Abituriyent Məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu – 15 və 16 avqust tarixlərində də fəaliyyət göstərəcəklər.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri qeyd olunan tarixlərdə Bakı şəhəri üzrə Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Konservatoriyası, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcəklər.




