ABŞ-də innovasiya müsabiqəsində Azərbaycanın 8 layihəsi mükafat alıb

20 Avqust, 2026 - 13:53
ABŞ-də innovasiya müsabiqəsində Azərbaycanın 8 layihəsi mükafat alıb

14–16 avqust 2026-cı il tarixlərində ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – SVIIF” beynəlxalq innovasiya müsabiqəsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının qatıldığı festivalda Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafata layiq görülüb.

Komanda festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix” mükafatını qazanıb.

Nümayəndə heyətinin tərkibində AzTU SABAH məzunu, hazırda isə AzTU-da təhsilini davam etdirən Səfərəli Səfərli və AzTU tələbəsi Anar Məmmədov, SABAH əməkdaşı və ADNSU üzrə mentor Arzu İbrahimova, ADNSU SABAH tələbələri Cahid Cabizadə və Cavid Cəlilov, SABAH əməkdaşı və BMU üzrə mentor Sevinc Əliyeva, BMU tələbəsi Ləman Səfərli, Milli Aviasiya Akademiyasının tələbəsi Mələk Bağırova və ADA Universitetinin tələbəsi Toğrul Quluzadə yer alıblar.

Qeyd edək ki, festivalda təqdim olunan layihələrdə süni intellekt, rəqəmsal texnologiyalar, məlumatların emalı və innovativ mühəndislik həlləri əsas istiqamətlər sırasında olub. 