ABŞ-də "Son zəng"də atışma: ölən və yaralananlar var
ABŞ-də orta məktəbin məzuniyyət mərasimi zamanı baş verən silahlı insident nəticəsində 18 yaşlı məzun həyatını itirib, daha üç nəfər yaralanıb.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının Feyrfild şəhərində yerləşən Sem Yeto liseyinin məzuniyyət mərasimi başa çatarkən qeydə alınıb.
Polisin məlumatına görə, atışma məktəbin stadionu yaxınlığındakı avtomobil dayanacağında baş verib.
Yaralanan şəxslər xəstəxanaya çatdırılıb.
Feyrfild şəhər polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Şəhər rəsmiləri insidenti silahlı hücum kimi qiymətləndiriblər.
Hazırda yaralıların vəziyyəti və hadisəni törədən şübhəli şəxs və ya şəxslərlə bağlı ictimaiyyətə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Sem Yeto liseyi məktəbi bitirməkdə çətinlik çəkən yuxarı sinif şagirdləri üçün alternativ təhsil müəssisəsi kimi fəaliyyət göstərir.



