ADAU tələbəsi iki yarışda I yerə layiq görülüb

8 Oktyabr, 2026 - 17:08
ADAU tələbəsi iki yarışda I yerə layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi Növrəstə Cabbarova Elşənovna “Grappling” üzrə Respublika turnirində I yerin qalibi olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, o, həmçinin Gənclər və İdman Nazirliyinin Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilən “AZE PRO FC” yarışında da uğurla çıxış edərək I dərəcəli diploma layiq görülüb.

Qeyd edək ki, Növrəstə Cabbarova Elşənovna ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alır.