ADNSU gənc tədqiqatçılar üçün yeni proqram elan edib

17 İyul, 2026 - 21:25
ADNSU gənc tədqiqatçılar üçün yeni proqram elan edib
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilini başa vurmuş və beynəlxalq akademik təcrübəyə malik gənc mütəxəssislərin işə qəbulunu həyata keçirir. Qəbul prosesi “AZİU Gələcəyin Tədqiqatçıları Proqramı” çərçivəsində təşkil olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin əsas məqsədi beynəlxalq təcrübəyə malik yüksəkixtisaslı kadrları təhsil müəssisəsinə cəlb etməkdir. Proqram həmçinin gənc alimlərin elmi və akademik fəaliyyətini dəstəkləməklə gələcəyin professor heyətinin formalaşdırılmasına xidmət edir.
Müraciət meyarlarına əsasən, proqramda müəyyən olunmuş kateqoriyalara uyğun gələn şəxslər iştirak edə bilərlər. Bura Dövlət Proqramı çərçivəsində ADNSU ilə birgə müqavilə əsasında xaricdə doktorantura bitirən məzunlar və UFAZ xətti ilə Fransada doktorantura təhsilini tamamlayanlar daxildir. Bundan əlavə, QS və ya THE reytinq cədvəllərində ilk 200-lükdə yer alan xarici universitetlərin doktorantura məzunları da müraciət etmək hüququna malikdir.
ADNSU gənc tədqiqatçılar üçün yeni proqram elan edib