ADPU-da "Məktəbəqədər təhsildə uşaqyönümlü mühitin təşkili” təlimi davam edir

14 Fevral, 2025 - 16:19

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən təşkil edilən “Məktəbəqədər təhsildə uşaqyönümlü mühitin təşkili” mövzusunda təlim davam edir.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Estoniyanın məktəbəqədər təhsil üzrə mütəxəssisi, beynəlxalq təlimçi Sənəm Əliyeva tərəfindən aparılan iki ay davam edəcək təlim müəllim və tələbələr üçün 4 qrup olmaqla həm əyani, həm onlayn formatda təşkil olunur.