Ağcabədidə qumbara partlayışı nəticəsində ölənlərdən biri 1-ci sinif şagirdi olub

31 Yanvar, 2025 - 15:24
Ağcabədidə qumbara partlayışı nəticəsində ölənlərdən biri 1-ci sinif şagirdi olub
Ağcabədidə qumbara partlayışı nəticəsində ölənlərdən biri 1-ci sinif şagirdi olub

Ağcabədi rayon Hindarx qəsəbəsində baş verən qumbara partlayışı nəticəsində ölən 5 nəfərdən biri 1-ci sinif şagirdi olub.

Ağcabədi rayonu üzrə təhsil sektorundan “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12:00 radələrində Hindarx qəsəbəsində Kinyaz Məmmədova məxsus evdə əl qumbarası partlayıb. K.Məmmədovun nəvəsinin əlində əl qumbarasının partlaması 5 nəfərin ölümü ilə nəticələnib. 

Hadisə zamanı Hindarx qəsəbə 3 nömrəli ümumi orta məktəbin şagirdi Quluyev Natiq Namiq oğlu (1-ci sinif şagirdi) vəfat edib. Quluyeva Aysu Namiq qızı (4-cü sinif şagirdi) isə yaralanıb. Onlar bacı-qardaşdır.