Ağdaş Uşaq Musiqi Məktəbinə Xalq artisti Habil Əliyevin adı verilib

29 İyul, 2026 - 19:15
Ağdaş Uşaq Musiqi Məktəbinə Xalq artisti Habil Əliyevin adı verilib

Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adı verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.