Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Bakıda təhsil sərgisi keçirəcək

5 İyun, 2026 - 14:55
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Bakıda təhsil sərgisi keçirəcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi bu ilin oktyabrın 10-11-də Bakıda "Avropada Təhsil" sərgisi keçirəcək.

"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində keçirilən "Aİ Gənclər Müsabiqəsi"ndə deyib.

"Avropada Təhsil" sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi genişmiqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir", - o bildirib.