Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçiminin tarixi AÇIQLANDI

24 Avqust, 2026 - 20:08
Ali məktəblərin  boş qalan yerlərinə ixtisas seçiminin tarixi

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilibki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 7-ci nömrəsinə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.