Ali və orta ixtisas təhsili proqramları yenilənəcək
Əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramları yenilənəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyi və aidiyyəti qurumlar ali və orta ixtisas təhsili pillələri üzrə yenilənməsinə ehtiyac olan proqramları müəyyən edəcək.




