Alimlər Kür çayı sahilində ilk dəfə nadir bitki assosiasiyası müəyyən ediblər

25 İyun, 2026 - 11:26
Alimlər Kür çayı sahilində ilk dəfə nadir bitki assosiasiyası müəyyən ediblər

Azərbaycan Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun alimləri Şirvan düzənliyində ekspedisiya keçirərək bölgənin bitki örtüyünü araşdırıblar.

"Azərbaycan müəllimi" xəbər verir ki, araşdırmanın məqsədi bitki örtüyünün indiki vəziyyətini öyrənmək, torpaqların səhralaşması və bitki örtüyünün zəifləməsi proseslərini qiymətləndirmək, həmçinin bu dəyişikliklərə səbəb olan amilləri müəyyən etmək olub.

Tədqiqatlar Yevlax, Ucar, Ağdaş, Göyçay və Şirvan rayonlarında aparılıb. Alimlər ərazilərdə bitki növlərini qeydə alıb, nadir və kənardan yayılmış bitkiləri müəyyənləşdirib, onların yerləşdiyi nöqtələri GPS vasitəsilə qeyd ediblər.

Araşdırma zamanı məlum olub ki, Şirvan düzənliyində yarımsəhra, səhra, tuqay meşələri və su-bataqlıq əraziləri geniş yayılıb. Son illərdə bəzi yerlərdə bitki örtüyündə dəyişikliklərin sürətləndiyi də müşahidə edilib. Həmçinin bu ilin yazında havaların normadan isti keçməsi səbəbindən bəzi mövsümi bitkilərin inkişaf dövrünün qısaldığı müəyyən olunub.

Floristik tədqiqatlar nəticəsində bölgədə 104 bitki növü və 11 relikt ağac və kol növü qeydə alınıb. Azərbaycanın Qırmızı Kitabına daxil edilən nar, əncir, şərq çinarı, yabanı üzüm və Pastuxov sarmaşığı kimi nadir bitkilərin vəziyyəti də öyrənilib. Bundan başqa, ərazidə 8 invaziv, yəni sonradan yayılaraq yerli bitkilərə təsir göstərən növ aşkar edilib.

Ekspedisiyanın maraqlı nəticələrindən biri Kür çayının sahilində ilk dəfə püstə-nar ağaclarının üstünlük təşkil etdiyi nadir bitki birliyinin müəyyən edilməsi olub. Alimlər həmçinin "Consolida regalis" bitkisinin yeni yayılma sahəsini aşkar ediblər.

Ekspedisiya çərçivəsində Lənkəran rayonunun dənizkənarı ərazilərində də əlavə müşahidələr aparılıb. Burada həm invaziv, həm də nadir bitki növlərinin yayılması və mövcud vəziyyəti qiymətləndirilib.

Tədqiqatın nəticəsində Şirvan düzənliyinin ekosistemləri haqqında geniş elmi materiallar toplanıb və bölgədə bitki örtüyündə baş verən dəyişikliklər sənədləşdirilib.