Altıncı “Yüksəliş” müsabiqəsinin finalına start verilib

17 İyul, 2026 - 17:34
Altıncı “Yüksəliş” müsabiqəsinin finalına start verilib

İyulun 17-də Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, səhiyyə naziri Teymur Musayev, ombudsman Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin əvvəlki illərinin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.

Bu il keçirilən müsabiqənin konsepti Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva bildirib ki, “Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, uğurlu insanların müsabiqəsidir. Artıq həyatda uğur qazanmış, biliyi və bacarığı ilə öz həyat yolunu, karyerasını qurmuş, özü ilə eyni səviyyədə olan uğurlu insanlarla yarışan şəxsiyyətlərin bir araya gəldiyi platformadır.

“Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə bağlı bəzi statistik nəticələri açıqlayıb. 

Ombudsman Səbinə Əliyeva bildirib ki, insan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilib. 

Mərasimdə vurğulanıb ki, Azərbaycanın yüksəlişinin memarları – Ümummilli Lider Heydər Əliyev və Prezident cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf yolu ölkəmizin müasir və qüdrətli dövlətə çevrilməsinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı möhkəm dövlətçilik təməlləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək ölkənin hərtərəfli inkişafına, şəhər və rayonların müasir simasının formalaşdırılmasına, milli memarlıq irsinin qorunmasına və gələcək nəsillər üçün dayanıqlı yaşayış mühitinin yaradılmasına xidmət edir.

Finalçılar mərhələ ərzində “İdarəçi rollar modeli”nə uyğun hazırlanmış müxtəlif situasiya və tapşırıqları yerinə yetirməklə öz biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdirəcəklər.

Final mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük xüsusi təlim proqramı təşkil olunub. Təlimlərə ümumilikdə 58 ekspert cəlb edilib.

Üç gün davam edəcək final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparır. Final mərhələsi iyulun 19-da başa çatacaq və ölkənin yüksək idarəçilik potensialına malik növbəti istedadlı kadrları arasından altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşdiriləcək.

Bununla da altıncı “Yüksəliş” müsabiqəsinə yekun vurulacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.