Angela Ramney: Təcrübə qazanın ki, real fərq yarada biləsiniz
"Qarabağ Universitetində keçirilən ilk Təhsil Forumunda iştirak etmək mənim üçün böyük qürurdur. Elm və Təhsil Nazirliyinin, eləcə də Qarabağ Universitetinin rektorunun təhsilin inkişafında göstərdiyi bütün səyləri xüsusi olaraq alqışlayıram. Burada olmaq mənim üçün həqiqətən böyük bir şərəfdir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu TISA-nın (The International School of Azerbaijan) direktoru Angela Ramney "Azərbaycan müəllimi"nə müsahibəsi zamanı deyib.
A. Ramney universitetdə güclü təhsilin olduğunu və burada Azərbaycanın gələcək liderlərinin, müəllimlərinin yetişdirildiyini bildirib.
Onu da qeyd edib ki, universitet proqramlarını genişləndirdikcə gələcəkdə əməkdaşlıq da mümkündür.
"Təhsil alan bütü gələcək müəllimlərə deyirəm ki, biz sizin siniflərdə liderlər olmağınızı gözləyirik və sizi bu yolda ruhlandırırıq. Təhsilinizi davam etdirin, siniflərə daxil olub orada təcrübə qazanın ki, real fərq yarada biləsiniz.



