ATU-da Karyera Festivalı keçirilib

18 May, 2026 - 09:12
ATU-da Karyera Festivalı keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı keçirilib. Tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi və gənclərin peşəkar bacarıqlarının artırılması məqsədilə təşkil olunan festival çərçivəsində Əmək Yarmarkası, Karyera Təlimləri, Karyera Forumu və müxtəlif infosessiyalar keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, festivalın açılış mərasimində çıxış edən ATU-nun rektoru Yaşar Ömərov ölkədə insan kapitalının inkişafı və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirilib. Rektor qeyd edib ki, bu məqsədlə universitetdə son kurs tələbələrinin əmək bazarına daha mütəşəkkil hazırlanması üçün ənənəvi məzun yarmarkalarının formatı yenilənib və tədbir artıq ikinci ildir ki, Karyera Festivalı formatında təşkil edilir.

Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə KOB Evinin direktoru Orxan Abbasov və Kapital Bankın Gəncə filialının direktoru Vüqar Paşayev çıxış edərək festivalın əhəmiyyətindən danışıblar və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıblar.

Festival çərçivəsində təşkil olunan Əmək Yarmarkasında bakalavriat səviyyəsi üzrə 745, magistratura səviyyəsi üzrə isə 90-dan çox son kurs tələbəsi iştirak edib. Yarmarkada 40-dan artıq dövlət və özəl sektor nümayəndəsi tərəfindən 400-dən çox vakansiya təqdim olunub. Tələbələr müxtəlif müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq vakansiyalar, təcrübə proqramları və iş imkanları ilə tanış olublar.

Festivalın ilk günündə Əmək Yarmarkasının ardından Karyera Təlimləri keçirilib. “AzerFon” (Nar), Kapital Bank, “Azersun Holding”, “AzerGold” və “Agro Dairy” kimi nüfuzlu şirkətlərin peşəkar nümayəndələrinin iştirakı ilə baş tutan təlimlərdə tələbələr əmək bazarının müasir tələbləri, işə qəbul prosesləri, karyera inkişafı və peşəkar bacarıqların formalaşdırılması ilə bağlı praktiki məlumatlar əldə ediblər. Sessiyalar interaktiv formatda təşkil olunub, tələbələrin sualları cavablandırılıb və real iş təcrübələri bölüşülüb.

Festivalın ikinci günündə isə Karyera Forumu keçirilib. Universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev moderatorluğu ilə keçirilən forumda tanınmış iqtisadçı Fərhad Pərvizi, KOBİA-nın Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları üzrə regional koordinatoru Anar Əliyev və “Garabagh Resort & Spa” hotelinin direktor əvəzi Nicat Məhərrəmov çıxış ediblər.

Forum zamanı spikerlər şəxsi karyera təcrübələrini bölüşərək əmək bazarında uğur qazanmaq üçün vacib məqamlar, çevik bacarıqların əhəmiyyəti, innovativ düşüncə,

liderlik keyfiyyətləri və özünüinkişafın rolu barədə fikirlərini tələbələrlə bölüşüblər. Eyni zamanda turizm, sahibkarlıq və iqtisadiyyat sahələrində yaranan yeni imkanlar barədə məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

İnteraktiv müzakirələr şəraitində keçirilən Forum tələbələrin real iş mühiti ilə bağlı biliklərini artırmaq, peşəkar şəxslərlə birbaşa ünsiyyət qurmasına imkan yaratmaq və onların gələcək karyera planlamasına töhfə vermək məqsədi daşıyıb.

ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib
ATU-da Karyera Festivalı keçirilib