ATU-nun tələbəsi Şuşa Kubokunun qalibi olub
Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbəsi Kənan Məmmədli "Sərhədçi" İdman Mərkəzində keçirilən “Şuşa Kuboku 2026” yarışında birinci yeri tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, ATU-nun Qida mühəndisliyi fakültəsinin "Şərabçılıq" ixtisasında təhsil alan Kənan 16–17 yaşlı yeniyetmələr arasında 75 kq çəki dərəcəsində mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib. O daha əvvəl Özbəkistanda keçirilən Kikboksinq üzrə Dünya Kubokunda bürünc medal qazanıb. Kənan Məmmədli həmçinin bu ilin sentyabrında İtaliyanın Jesolo şəhərində təşkil olunan WAKO Dünya Çempionatında da iştirak edib.




