Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatında yarımfinala yüksəlib
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda ölkəmizi ötən mövsüm Azərbaycan Tələbə Liqasının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Komandamız 1/4 final mərhələsində Fransa komandası 5:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.



