“Azərbaycan məktəbi” jurnalının yeni sayı işıq üzü görüb
Azərbaycan təhsilinin inkişaf yolunu əks etdirən “Azərbaycan məktəbi” jurnalının 2024-cü il üçün 4-cü sayı işıq üzü görüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, jurnalın baş redaktoru Arzu Soltan oxuculara ünvanladığı müraciətdə 100 yaşlı “Azərbaycan məktəbi”nin həmin tarixi tədqiq edənlər, öyrənənlər, yazanlar üçün etibarlı və əvəzolunmaz mənbə olduğunu qeyd edib:
“Burada bir əsr boyu Azərbaycan təhsilində baş verən bütün hadisələr, yeniliklər, islahatlar, mütərəqqi addımlar qabaqcıl elm və təhsil xadimlərinin, ziyalıların, pedaqoqların qələmindən çıxan məqalələr vasitəsilə işıqlandırılıb. Əminik ki, jurnal bundan sonra da Azərbaycan elmi və təhsili ilə yanaşı addımlayacaq”.
Qeyd edək ki, jurnalın yeni sayı bu linkdə yerləşdirilib: https://as-journal.edu.az/az%C6%8Frbaycan-m%C6%8Fkt%C6...


